Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Z nəsli söhbəti niyə şişirdilir?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Arada elə bilirəm ki, biznes icması üçün süni mövzular istehsal olunur davamlı olaraq. Z nəsli söhbətinin çox şişirdilməsi də bu qəbildəndir.
Sosial elm adamlarının bu nəsil bölgüsü  (Baby boomers, X, Millenials, Z, Alfa və s.) ilə işim yoxdur. Məsələ Z nəsli söhbətinin biznes idarəçiliyində çox şişirdilməsindən gedir.
Mən belə düşünürəm ki, sadəcə trendlər dəyişir. Texnologiyanın inkişafı, sosial inkişaf və s. yeni mühit yaradır və bu mühitdə böyüyən nəslin yanaşması fərqli olur. Bu, çox normaldır.
Bəs fərqli yanaşma dediyimiz nədir? (Bəzilərini qeyd edirəm)
1.    Komfort axtarırlarmış. Niyə axtarmasınlar ki? Bu nəsil həyatlarının tamamını digital dövrdə yaşayıblar. Çox normaldır ki, digital alətlərin köməyi ilə işlərini (həm də şirkətin işini) asanlaşdırmağa meyllidirlər.
2.    Sorğulayırlarmış. Kritik yanaşırlar hər şeyə. Mən düşünürəm ki, bunun əksi anormaldır. “İşçisən, otur işçi yerində” yanaşmasını qəbul etmirlər. Çox normaldır. Biz rəhbərlərə bir daha xatırladırlar ki, bizə insan kimi yanaşın ilk növbədə. İşçi olmamışdan qabaq insanıq.
3.    Sərbəstliyə can atırlarmış. Çox normaldır. Niyə belə olmasın ki? Başa düşürəm, çətindir idarə etmək. Daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur bu halda. Ən doğrusu budur amma. Mən şəxsən hər zaman tərəfdarı olmuşam ki, işçilər rahat (sərbəst) buraxılsın, sadəcə tələbkarlıq artsın. Bu halda biz tələbkarlığı da daha çox haqq edirik. Çünki nəticə yönümlü qururuq münasibətləri – mikromenecment tətbiq etmirik, işə gecikəndə gününü qara etmirik, mənasız qadağalar tətbiq etmirik, maraqlarına və şəxsi həyatına hörmət qoyuruq və s.
4.    Çox loyal deyillərmiş. Qardaş, loyal olmaq heç kimin borcu deyil. Elə iş yeri yarat ki, yaxşı kadrlar sənin şirkətində işləməyə can atsınlar. Loyallığa fokuslanmağı ümumiyyətlə heç vaxt qəbul etməmişəm. Elə mühit yaratmaq lazımdır ki, işçilər işlədikləri müddətdə bağlı olsunlar şirkətə, can yandırsınlar, işin haqqını versinlər.
Nəticə olaraq onu qeyd etmək istəyirəm ki, Z nəsli heç də qorxulu deyil. Sadəcə daha peşəkar idarəetmə, daha peşəkar liderlik tələb olunur. Z nəslini mən çox sevirəm. Onlar praqmatik, məntiqi yanaşan, müasir, insana (yalnız rəhbərə deyil) hörməti önə çıxaran nəsildir.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu