Bəzən problem qərarların səhv verilməsi olmur.
Əsas problem qərarların ümumiyyətlə verilməməsi, gecikdirilməsi və ya “bir az da baxaq” adı ilə aylarla havada qalması olur.
Hər iclasda eyni mövzu açılır, problemi hamı qəbul edir, amma qərar verilmir.
Bunun mənfi təsirlərini çox vaxt hesablamırıq. Qeyri-müəyyənlik yaranır, temp və həyəcan düşür, potensial faydalardan və fürsətlərdən məhrum olur şirkət və s. Sonra isə daha bahalı qərar verməyə məcbur olursan.
Rəhbərin işi hər zaman ideal qərarı tapmaq deyil. Çünki real biznesdə çox vaxt bütün data tam olmur, bütün risklər görünmür, bütün alternativlər ideal olmur.
Rəhbərin işi mövcud data, təcrübə, risk və kontekst əsasında vaxtında, əsaslandırılmış və icra oluna bilən qərar verməkdir.
Gecikmiş doğru qərar bəzən vaxtında verilmiş orta qərardan daha baha başa gəlir.