Anar Bayramov kimdir ?

Anar Bayramov 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur.
2002-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirmişdir.
Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olmuşdur. 2-ci kursdan Xüsusi İstedadlar Qrupuna keçirilmiş, 2006-cı ildə bakalavr pilləsini başa vurmuşdur.
1 il (2006-2007) Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur.
2008-2010-cu illərdə İqtisad Universitetində birinci dəfə magistr dərəcəsi almışdır.
2019-2021-ci illərdə isə Frankfurt Universitetində (Frankfurt School of Finance and Management, Almaniya) ikinci dəfə magistr dərəcəsi almışdır.
2023-cü ildən başlayaraq Aqrar Tədqiqatlar Mərkəzində iqtisadiyyat üzrə doktorantdır.
2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində işləmişdir.
2008-2011-ci illərdə MÜLLER İNTERYER şirkətinin direktoru olmuşdur.
2012-ci ildə bir müddət İDEA şirkətində baş direktor müavini işləmişdir.
2012-2013-cü illərdə ORO MEBEL şirkətinin baş meneceri olmuşdur.
2013-2015-ci illərdə AZGRANATA şirkətində vitse-prezident işləmişdir.
2015-2017-ci illərdə DəmirBank ASC-nin Marketinq Departamentinin direktoru kimi çalışmışdır.
2017-2018-ci illərdə Azgranata Distribution şirkətinin baş direktoru olmuşdur.
2013-2017-ci illərdə İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq tədrisi ilə məşğul olmuşdur.
2018-ci ilin iyul ayından 2019-cu ilin dekabr ayına kimi “MODERN GROUP of COMPANIES” şirkətlər qrupunun CEO-su olaraq çalışmışdır.
2019-cu ilin dekabrından başlayaraq 2020-ci ilin iyul ayına kimi AZGRANATA şirkətinin CEO-su və İdarə Heyətinin Sədri olmuşdur.
2020-ci ilin iyul-oktyabr aylarında Binə Agro şirkətinin CEO-su olaraq çalışmışdır. 2020-ci ilin noyabr ayından 2021-ci ilin sonuna kimi Star Group şirkətlər qrupunun CEO-su kimi fəaliyyət göstərmişdir.
4 biznes kitabının – “İdarəetmə dəyər yaratmaq işidir” (Bakı-2022), “Biznes İdarəçiliyi” (Bakı-2018), “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) müəllifidir.
SAT Group şirkətinin həmtəsisçisi və biznes konsultantıdır.
Supertoys şirkətinin Müşahidə Şurasının Sədridir.
Evlidir, 2 övladı var.