“HR Business Partner” anlayışına artıq öyrəşmişik.
Amma niyə yalnız HR biznesin tərəfdaşı olmalıdır?
Məncə şirkətdə bütün əsas funksiyalar “business partner” düşüncəsi ilə işləməlidir: Sales Business Partner, Marketing Business Partner, Finance Business Partner, Tech Business Partner və s.
Söhbət vəzifə adlarının dəyişdirilməsindən getmir. Düşüncə tərzinin dəyişməsindən gedir.
Marketinqin işi yalnız kampaniya etmək, satışın işi yalnız planı doldurmaq, Tech-in işi yalnız sistemləri işlək saxlamaq, maliyyənin işi yalnız büdcə və hesabat hazırlamaq deyil.
Hər bir funksiya biznesin necə pul qazandığını, müştəriyə necə dəyər yaratdığını, harada itirdiyini və hazırda əsas problemlərinin nə olduğunu anlamalıdır. Sonra öz ekspertizasını həmin problemlərin həllinə və yekun biznes nəticəsinə bağlamalıdır.
Business partner ona verilən tapşırığı sadəcə icra edən deyil. Tapşırığın niyə verildiyini anlayan, daha düzgün alternativ təklif edən, problemi əvvəlcədən görən və nəticəyə şərik olan insandır.
Amma məsələnin digər tərəfi də var: rəhbərlik funksiyaları yalnız icraçı kimi görüb, onlardan tərəfdaş kimi davranmağı gözləyə bilməz. Tərəfdaş olmaq üçün biznes kontekstinə, dataya, müzakirələrə və qərarlara çıxış olmalıdır. Tərəfdaşlıq ikitərəflidir. Şirkət də tərəfdaş kimi görməlidir.
Yəni adında “partner” sözünün olması kifayət etmir.
Sizcə, şirkətlərimizdə bu düşüncə tərzi nə dərəcədə formalaşıb?