Bizneslərdə müşahidə olunan, geri salan ən böyük problemlərdən biri qəlizlikdir. Şirkətin strategiyası, biznes modeli, proseslər, prosedurlar, qaydalar mümkün qadər sadə və asan olmalıdır. Nə qədər qəlizlik və bürokratiya olarsa, praktikilik və effektivlik azalmış olar. Optimal həddi tutmaq lazımdır. Sadəlik və çeviklik biznesə əlavə rəqabət üstünlüyü gətirir.
Təsadüfi deyil ki, qəlizliyin azaldılması (compexity reduction) ən populyar 25 idarəetmə alətindən (Bain & Company şirkətinin araşdırmasına görə) biridir.