Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq Digər məqalələr

Satış Forumu gəlir!

Dekabr 18, 2024
in Digər məqalələr, Marketinq, Ümumi

Dostlar, son həftə ərzində Satış Forumu olacağı haqda sosial şəbəkələrdə məlumatlar qarşınıza çıxıb yəqin ki.2017_01_18_11_05_00_4d70

Forumla bağlı təşkilatçılara çoxsaylı suallar ünvanlanır. Bunları nəzərə alaraq SAT FORUM (#SAT2017) haqda ətraflı məlumat verməyi lazım bildim.

Bilirsiniz ki, 2013-cü ildən bəri hər ilin ən böyük marketinq hadisəsi/tədbiri olan Milli Marketinq Forumunu (MMF) keçiririk. 2015-ci ildən başlayaraq isə Digital Marketing Conference (DMC) keçiririk.

Bu il başlayar-başlamaz bazarda qısa vaxt ərzində böyük səs-küy yaratmış, satış-marketinq ağırlıqlı təlim və consulting şirkəti olan SAT Group ilə birlikdə ölkədə ilk dəfə Satış Forumu – SAT FORUM keçirməyi qərara aldıq. SAT FORUM’un təşkilatçıları – SAT Group, Facemark.az və Marketing AIR-dir.

Vaxtın qısa olmasına baxmayaraq, SAT FORUM’un da əhəmiyyəti və səviyyəsinə görə Milli Marketing Forumu, Digital Marketing Conference səviyyəsində olacağına inanırıq.

SAT FORUM’un məqsədi əsas biznes funksiyası olan satış üzrə təcrübə paylaşma platformasını yaratmaq, inkişaf etdirməkdir. Bilirsiniz ki, satış az qala biznesin özü deməkdir. Satışı davamlı artırmaq, sistemli satışa nail olmaq hər bir biznesin arzusudur. Düzdür, MMF-də, DMC-də və başqa tədbirlərimizdə birbaşa və dolayı olaraq satışdan danışırıq, satışı, bazar payını artırmağın yollarından danışırıq. Dostlarla düşündük ki, satışı elə mövzunun özü etmək, episentrə çəkmək çox faydalı və maraqlı olar şirkətlərimizə.

Satış Forumu 11 Fevral 2017 tarixində AzDrama’da (Akademik Milli Dram Teatrı) keçiriləcək. Forumda 1 xarici olmaqla 6 nəfər spikerin çıxışı planlaşdırılıb.

Xarici spikerimiz brendinq üzrə olduqca populyar şəxs Güven Borçadır.

Digər spikerlərimiz:

  1. Tamerlan Kurkiev – Embawood şirkətinin CEO-su. İllərdir mebel bazarının şəriksiz lideri olan, onlarla ölkədə məhsulu satılan, son dərəcə yüksək səviyyədə satış sisteminə malik Embawood şirkətinin rəhbərinin satışdan danışmasını kim istəməz ki? 🙂
  2. Tural Əlizadə – Gündəlik istehlak malları (FMCG) üzrə böyük təcrübəsi olan Tural Əlizadə karyerasının çox hissəsini Procter & Gamble şirkətində keçirmiş, hazırda GILAN Holdinqin FMCG groupu üzrə Satış direktorudur. Tural bəy bugünkü iqtisadi şəraitdə müxtəlif satış dinamikaları üzrə bazarın trendlərindən danışacaq. Təbii ki, çox maraqlı olacaq. 🙂
  3. Azad Qəhrəmanov – SAT Group rəhbəri. Azərbaycanda “satış təlimçisi”, “satış təlimi” deyəndə çox adamın ağlına Azad Qəhrəmanov gəlir desək, yanılmarıq məncə. SAT FORUM’da satışla bağlı mükəmməl kitabını (oxuduğum üçün əminliklə deyirəm) təqdim edəcək Azad bəyin çıxışının necə maraqlı olacağı onu azacıq tanıyanlara bəllidir. 🙂
  4. İlkin Manafov – German Studio rəhbəri. Azərbaycanın ən populyar, ən çox oxunan marketoloqu təkcə kitab yazmaq, bloq yazmaq, təlim keçmək, Universitetdə dərs keçmək, doktorluq müdafiə etməklə işini bitmiş hesab etmir. Danışdıqlarını və yazdıqlarını öz bizneslərində tətbiq edir. Necə tətbiq edir? O haqda danışacaq. Sizcə maraqlı olar? 🙂
  5. Kamran Eyyubov – Azeri Retail (Fresco-Səbət supermarketlər şəbəkəsi) şirkətinin CEO-su.  Satış Forumunda marketçilikdən, supermarket biznesindən danışmamaq olarmı? Əlbəttə olmaz. Möhtəşəm çıxış olacaq. 🙂

 

Bəs Forumu kimlərin dəstəyi ilə keçiririk? Saytımız – http://satforum.az/ – artıq hazırdır. Saytımızdan #SAT2017 haqda ətraflı məlumat ala bilərsiniz. Saytı Hüseyn Hüseynzadənin rəhbərliyi ilə Azerizone komandası hazırlayıb. Çəkiliş tərəfdaşımız Konsis, çap-promo tərəfdaşımız Antaris, media tərəfdaşımız New Media, hotel tərəfdaşımız New Baku Hotel, digər dəstəkçilərimiz Digital AIR, Kassir.az və Admediadır.

SAT FORUM’un facebook səhifəsi: https://www.facebook.com/satforum.az/

 

Bilet almamısınızsa, tələsin ki, bilet tapa biləsiniz. SAT FORUM’da görüşəcəyik!

 

Bileti 4 yolla əldə edə bilərsiniz (Çatdırılma pulsuzdur):

1) satforum.az saytında onlayn sifarişlə;

2) Facebook.com/satforum.azsəhifəsindən onlayn sifarişlə;

3) (+994 50) 241 11 43 nömrəsinə zəng etməklə;

4) www.kassir.az saytından online sifariş verməklə.

 

 

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu