Dostlar, son həftə ərzində Satış Forumu olacağı haqda sosial şəbəkələrdə məlumatlar qarşınıza çıxıb yəqin ki.
Forumla bağlı təşkilatçılara çoxsaylı suallar ünvanlanır. Bunları nəzərə alaraq SAT FORUM (#SAT2017) haqda ətraflı məlumat verməyi lazım bildim.
Bilirsiniz ki, 2013-cü ildən bəri hər ilin ən böyük marketinq hadisəsi/tədbiri olan Milli Marketinq Forumunu (MMF) keçiririk. 2015-ci ildən başlayaraq isə Digital Marketing Conference (DMC) keçiririk.
Bu il başlayar-başlamaz bazarda qısa vaxt ərzində böyük səs-küy yaratmış, satış-marketinq ağırlıqlı təlim və consulting şirkəti olan SAT Group ilə birlikdə ölkədə ilk dəfə Satış Forumu – SAT FORUM keçirməyi qərara aldıq. SAT FORUM’un təşkilatçıları – SAT Group, Facemark.az və Marketing AIR-dir.
Vaxtın qısa olmasına baxmayaraq, SAT FORUM’un da əhəmiyyəti və səviyyəsinə görə Milli Marketing Forumu, Digital Marketing Conference səviyyəsində olacağına inanırıq.
SAT FORUM’un məqsədi əsas biznes funksiyası olan satış üzrə təcrübə paylaşma platformasını yaratmaq, inkişaf etdirməkdir. Bilirsiniz ki, satış az qala biznesin özü deməkdir. Satışı davamlı artırmaq, sistemli satışa nail olmaq hər bir biznesin arzusudur. Düzdür, MMF-də, DMC-də və başqa tədbirlərimizdə birbaşa və dolayı olaraq satışdan danışırıq, satışı, bazar payını artırmağın yollarından danışırıq. Dostlarla düşündük ki, satışı elə mövzunun özü etmək, episentrə çəkmək çox faydalı və maraqlı olar şirkətlərimizə.
Satış Forumu 11 Fevral 2017 tarixində AzDrama’da (Akademik Milli Dram Teatrı) keçiriləcək. Forumda 1 xarici olmaqla 6 nəfər spikerin çıxışı planlaşdırılıb.
Xarici spikerimiz brendinq üzrə olduqca populyar şəxs Güven Borçadır.
Digər spikerlərimiz:
Bəs Forumu kimlərin dəstəyi ilə keçiririk? Saytımız – http://satforum.az/ – artıq hazırdır. Saytımızdan #SAT2017 haqda ətraflı məlumat ala bilərsiniz. Saytı Hüseyn Hüseynzadənin rəhbərliyi ilə Azerizone komandası hazırlayıb. Çəkiliş tərəfdaşımız Konsis, çap-promo tərəfdaşımız Antaris, media tərəfdaşımız New Media, hotel tərəfdaşımız New Baku Hotel, digər dəstəkçilərimiz Digital AIR, Kassir.az və Admediadır.
SAT FORUM’un facebook səhifəsi: https://www.facebook.com/satforum.az/
Bilet almamısınızsa, tələsin ki, bilet tapa biləsiniz. SAT FORUM’da görüşəcəyik!
1) satforum.az saytında onlayn sifarişlə;
2) Facebook.com/satforum.azsəhifə
3) (+994 50) 241 11 43 nömrəsinə zəng etməklə;
4) www.kassir.az saytından online sifariş verməklə.