Sahibkarın özünün şirkətini idarə etməsinin bir sıra çətinlikləri var. Zaman-zaman bu haqda danışmışıq. Bir keysi bölüşmək istədim.
Bu gün bir sahibkar zəng edib ki, filan-filan problemlərim var, başımı itirmişəm. Dedim ki, sən sahibkar olaraq emosional yanaşırsan. Düşün ki, səni bu gün həmin şirkətə yüksək maaşla CEO təyin ediblər. O halda həmin problemlərə başqa gözlə baxacaqsan. Tez zamanda nəticə ortaya qoymaq üçün imkan kimi baxacaqsan həmin problemlərə. CEO kimi düşünəndə belə emosional yanaşmayacaqsan və fokuslanıb səliqəli şəkildə problemləri qaydasına salacaqsan. Belə motivasiya elədim, görək.. 🙂