Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq Digər məqalələr

Milli Marketinq Forumunun (MMF) yeni loqosu haqda MMF təsisçilərinin rəsmi mövqeyi

Dekabr 18, 2024
in Digər məqalələr, Marketinq, Ümumi

2013-cü ildən keçirilən Milli Marketinq Forumu bu ilin may ayında artıq 4-cü dəfə keçiriləcək. Artıq ənənə şəklini aldığından ölkəmizin bir çox marketinq sevərləri hər ilin may ayında keçirilən növbəti forumu gözləyirlər.

MMF Azərbaycanda ən böyük marketinq tədbiridir.

MMF haqqında bu vaxta qədər yüzlərlə fikirlər deyilib. Çox uğurlu olduğunu deyənlər də, tənqid edənlər də olub. Hətta tənqid edənlərin də əksəriyyəti forumun ildən-ilə yaxşılaşdığını qeyd edərək tədbirin ölkəmizin marketinqin inkişafında rolunu xüsusi vurğulayıblar.

Adəti üzrə MMF-in loqosu hər il dəyişilir. Bu işdə MMF-in kreativ tərəfdaşlarının zəhmətlərini unutmaq olmaz. 2013 və 2015-ci illərdə Yello Advertising, 2014-cü ildə Uptime şirkəti MMF-in bütün kreativ, dizayn, vizualizasiya işlərini öz üzərlərinə götürüblər.

2016-cı ildə isə MMF-in kreativ tərəfdaşı ölkəmizdə ən nüfuzlu reklam agentliklərindən olan McCann Baku şirkətidir. McCann Baku şirkəti 3 müxtəlif loqo variantı təklif etmiş, variantların hər üçü bəyənilmiş, yekun olaraq birinin üzərində dayanılmışdır. Aşağıda həmin variantlar göstərilib.

1-ci variant.

01

2-ci variant.

01

3-cü variant.

01

Fevralın 23-də MMF-in yeni loqosu (2-ci variant) ictimaiyyətə təqdim ediləndən sonra bəyənənlər çox oldu. Bir sıra şəxslər tərəfindən isə tənqidlərlə qarşılaşdıq ki, guya bu loqo kopya imiş.

Bəzi iddialarda hətta bu loqonun “E-manat” loqosunun eynisi olduğu deyilir.

Təbii ki, bu barədə McCann Baku şirkəti ilə də söhbət etdik. Əvvəldən də şirkətin bizə təqdimatından bilirdik ki, bu loqo heç bir şəkildə kopya ola bilməz və orijinal ideyaya əsaslanır. Peşəkar marketerlər, peşəkar biznes adamları bilirlər ki, oxşamaq kopyalanmağı şərtləndirmir.

Qeyd edək ki, həm MMF təsisçiləri, həm də McCann Baku şirkəti loqonun formasında E-manat loqosuna həqiqətən də müəyyən oxşarlıqların olduğunu qəbul edirlər. Amma MMF loqosunun ortaya çıxmasında E-manat loqosunun heç bir rolu olmayıb. Çox hörmət etdiyimiz Modenis (E-manat) şirkətinin adının bu məsələdə hallanmasından da təəssüf hissi keçiririk.

Yuxarıda qeyd olunanları, eləcə də loqo ilə bağlı fikir bildirən bütün insanların fikirlərini əsas götürərək bəyan edirik ki, MMF yaxın günlərdə fərqli loqo təqdim edəcək. McCann Baku tərəfindən təklif olunmuş digər variantlardan birinin seçilməsi düşünülür. Yuxarıda da qeyd olunduğu kimi, McCann Baku şirkətinin təklif etdiyi hər üç variant MMF təsisçiləri tərəfindən bəyənilmişdir.

Sonda qeyd edirik ki, Milli Marketinq Forumu yarandığı vaxtdan ayrıseçkilik etmədən hər kəsin fikirlərinə hörmətlə yanaşmış, MMF təsisçilərinə və forumun özünə qarşı mövqeyindən asılı olmadan ən müxtəlif marketinq və biznes peşəkarlarına forumda spiker olmaq imkanı tanımışdır. Bu işlər MMF təsisçilərinin ölkədə marketinqin inkişafına dəstək, həqiqi paylaşmaq platforması yaratmaq missiyasının tərkib hissəsidir və bu işlərdə heç bir qarşılıq güdülmür.

MMF təsisçiləri olaraq bundan sonra da missiyamıza sadiq qalacağımızı bəyan edirik.

 

Diqqətinizə görə təşəkkür edirik!

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu