KPI (key performance indicator)- performansın ölçü göstəricisi – bizə biznesin, menecerin, biznes funksiyasının necə işləməsini müəyyən etmək üçün çox qiymətlidir.
Amma yadda saxlamaq lazımdır ki, KPI yalnız performansı ölçmək üçün deyil. KPI-ın 1 nömrəli məqsədi performansı “drive” etməkdir (yaxşılaşdırmaq, təkan vermək). KPI biznesimiz üçün naviqasiya rolunu oynayır. Diqqəti daha çox hara yönəltmək lazım olduğunu göstərir.
KPI-ın performansı necə “drive” etdiyi barədə bir nümunə deyək. Təsəvvür edin ki, müəllim olaraq 20 nəfərə dərs keçirsiniz. Vicdanla çalışırsınız, bütün suallara cavab verirsiniz, bildiklərinizi paylaşırsınız vaxtın imkan verdiyi qədər. Amma KPI yoxdur, ölçə bilmirsiniz performansınızı. İndi isə fərz edin özünüzə KPI qoymusunuz ki, tələbələrin 12 nəfəri testə 85% düz cavab versələr, performansınızı “yaxşı” qiymətləndirəcəksiniz. Bu halda KPI var, bu, sizin performansa daha da təkan verir (performansınızı drive edir), hər şey edirsiniz ki, keçilənlərin ən azı 85%-ni qavrasın tələbələr.
Yəni biznes təkcə vicdanın səsi ilə, ürəyin təmiz olması ilə, başını aşağı salıb əlindən gələni etməklə yeriməz. Arzu olunan hədəflərə, performansa çatmaq üçün kriteriyalar (KPI-lar) olmaldır ki, o KPI-lar bizi hədəflərə doğru aparsın.