Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İŞÇİLƏRİN MOTİVASİYASINI YÜKSƏK TUTMAQ ÜÇÜN 5 ƏSAS MƏSƏLƏ

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

İşçilərin motivasiyasına və şirkətə bağlılığına təsir edən faktorlar çoxdur. O faktorları pərakəndə şəkildə çox görürük/eşidirik. Məsələn, iş şəraiti, tərif, səlahiyyət, inkişaf və s. İş orasındadır ki, istənilən nəticəni əldə etmək üçün bu faktorların hamısını və ya əksəriyyətini nəzərə almaq lazımdır. Siyahı adətən çox uzun olur və rəhbərlər bəzən hamısını yadda saxlaya bilmirlər. Bu səbəbdən işçilərin motivasiyasına və şirkətə bağlılığına təsir edən əsas faktorları qruplaşdırmağa çalışdım. Mənə görə aşağıdakı 5 məsələni diqqətdə saxlasaq, istədiyimiz nəticəyə tez yaxınlaşarıq:

  1. Qiymətləndirmə – işçinin səylərini qiymətləndirmək önəmlidir. Ən azından təşəkkür etmək, tərifləmək.
  2. İnsan kimi hörmət/qayğı – işçilər ilk növbədə insandırlar və onlara yalnız işçi kimi deyil, ilk növbədə insan kimi hörmət etməliyik.
  3. Meydan/səlahiyyət vermək – işçiləri rahat buraxmalıyıq, yüksək performans göstərməkləri üçün meydan verməliyik. Digər tərəfdən tələbkar olmalıyıq, nəticə tələb etməliyik.
  4. Məlumatlı saxlamaq – işçiləri qeyri-müəyyənlikdə saxlamaq olmaz. Şirkətlə, işi ilə bağlı tam məlumatlı saxlamaq lazımdır. Çalışmalıyıq ki, önünü görə bilsin. Açıq kommunikasiya və sağlam feedback mühiti olmalıdır.
  5. Şirkətə inam – şirkəti işçilərə yaxşı mənada “satmalıyıq”, şirkətə inam yaratmalıyıq. Şirkətin gəlcəyinə nə qədər inansalar, o qədər motivasiyalı və şirkətə bağlı olarlar. Çalışmalıyıq ki, şirkətlə fəxr etsinlər.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu