İdarəetmə sahəsi hər zaman termin qarışıqlığına açıq olub.
Bir tərəfdən akademik yanaşmalar, digər tərəfdən real biznes təcrübələri — üstəlik bir də modaya çevrilən anlayışlar əlavə olunanda, ortaya ciddi “termin kirliliyi” çıxır. 😊
Məsələn, dədə-babadan bizə tanış olan “Missiya” anlayışı var idi.
Missiyanın əsas məqsədi şirkətin müxtəlif steykholderlərini — işçilər, müştərilər, tərəfdaşlar və s. — bir ideologiya ətrafında toplamaq və onlardan dəstək almaq idi. Ona görə də mümkün qədər cəlbedici “mission statement” ortaya çıxarılırdı.
İndi isə bu yanaşma bir qədər dəyişib. Ənənəvi “missiya” iki yerə bölünüb: Purpose və Mission
Purpose – şirkətin mövcudluq səbəbini, dünyaya necə “toxunduğunu”, daha mənalı və fəlsəfi səviyyədə izah edir. İnsanlar get-gedə daha çox məna axtarır, və Purpose onlara bu suala cavab verir: “Niyə burdayıq?”
Mission – daha çox funksional xarakter daşıyır: “Biz kim üçün, nə edirik və necə dəyər yaradırıq?”
Bu fərqi anlamaq həm şirkət strategiyası, həm də daxili kommunikasiya üçün vacibdir.
Amma şəxsən mən, hər şeyi bu qədər ayırmağın və yeni terminlər “kəşf” etməyin tərəfdarı deyiləm. “Missiya” ilə kifayətlənmək mümkündür. Əsas olan — mahiyyətdir.
Süni şəkildə missiyanın rolunu kiçildib, Purpose-u “hörmətə mindirməyin” o qədər də mənası yoxdur.