Əmin olmaq lazımdır ki, şirkətdə hər kəs şirkəti hiss edir – şirkətin vizyonunu, strategiyasını, biznes modelini, planlarını, hədəflərini, çətinliklərini və s. Bunu davamlı olaraq təmin etmək lazımdır ki, komanda bütünlüklə eyni nöqtəyə köklənə bilsin. Bunu təmin etmək isə rəhbərliyin işidir. İşçilərlə kommunikasiyanı, dialoqu düzgün qurmaq lazımdır.
Əks halda görürsən ki, ayrıca şöbələr və işçilər öz aləmlərində işləyirlər, amma şirkət bir “orqanizm” ola bilmir.. Ümumi uzlaşma olmur və nəticə urəkaçan olmur.
Ona görə şirkəti hiss etdirmək lazımdır komandaya. Bununla şirkətdə hər kəs eyni HƏYƏCANı bölüşəcək, eyni dalğada olacaqlar.