İdarəetmədə insana dəyər olmalıdır dedik. Demokratik yanaşma olmalıdır. Bu o demək deyil ki, tələbkarlıq olmamalıdır. İşlərin icrasında tələbkarlıq həyati əhəmiyyət kəsb edir. Burda (tələbkarlıqda) boşluq olsa, çox böyük problemlərlə üzləşər şirkət. Əslində işçilərə hər cür iş şəraiti yaradan, yaxşı iş mühiti yaradan, mikromenecment tətbiq etməyən və insan kimi dəyər verən rəhbər daha çox haqq edir ki, işçilərdən yüksək səviyyədə icra (iş/nəticə) tələb etsin.
İcra mədəniyyəti o deməkdir ki, bütün işçilər şüurlu şəkildə qəbul edirlər ki, işləri vaxtında və yüksək səviyyədə icra etmək lazımdır. Deadline (son tarix) qoyulubsa, bunu qətiyyən keçmək olmaz. Deadline-ın keçilməsinə rəhbərlik “dünyanın axrı” kimi yanaşmalıdır ki, işçilər də elə yanaşsınlar. Əks halda işçilər işin vaxtında görülməsinə önəmli bir şey kimi baxmazlar və şirkətdə icra mədəniyyəti də formalaşmaz.
İcra mədəniyyətinə sərt alətlərlə, cərimə ilə filan deyil, işi/şirkəti sevdirməklə nail ola bilərik.