Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

“İdarəetmə dəyər yaratmaq işidir​”​ kitabı haqqında

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Cover

Əvvəlki kitablarda biznes idarəetməsinin ayrı-ayrı mövzuları qoyularaq onlar haqda öz təcrübəmdən çıxış edərək fikirlərimi paylaşmışdım. Bu kitabda isə yaxşı idarəetmənin şirkətdə necə fərq yaratması, necə dəyər yaratması əsas mövzudur.

2018-ci ildə çap olunmuş Biznes İdarəçiliyi kitabımda qeyd etmişdim ki, biznesin ana məqsədi dəyər yaratmaqdır (mənfəət qazanmaq bunun yalnız bir hissəsidir). Yəni idarəçilərdən də istənilən odur ki, daha çox dəyər yaradılsın. Bu mənada idarəetmə elə dəyər yaratmaq işidir. Kitabın adı da burdan gəldi. Bu adla həm də bu fikri (idarəetmənin dəyər yaratmalı olduğunu), bu mesajı daha yaxşı şəkildə oxuculara və kitabın adını eşidənlərə çatdıra biləcəyimizi düşünürəm.

Kitab bütünlüklə təcrübəyə əsaslanır. Hansı təcrübəyə?

Bu vaxta kimi 30-dan çox şirkətə ya birbaşa, ya da dolayı (şirkətlər qrupunun rəhbəri olaraq qrupa tabe olan şirkətlərə ümumi rəhbərliyi nəzərdə tuturam) şəkildə rəhbərlik etmişəm. Bundan əlavə, həmtəsisçisi və biznes konsultantı olduğum SAT Group şirkəti ilə 50-dən çox şirkətə idarəçilik üzrə konsaltinq xidməti göstərmişik. Bu şirkətlər (80-dən çox şirkət):

–       müxtəlif sektorları təmsil edirlər,

–       müxtəlif ölçüdədirlər

–       müxtəlif şirkət mədəniyyətinə malikdirlər

–       müxtəlif inkişaf mərhələsindədirlər

–       müxtəlif bazar mövqeyindədirlər

–       müxtəlif keyslərlə, situasiyalarla doludurlar

–       müxtəlif problemlər, çətinliklərlə qarşılaşırlar və s.

Son illərdə Azərbaycan bizneslərinin daha yaxşı idarə olunduğunu görməmək mümkün deyil. Şirkətlərimizin çoxu başa düşürlər ki, bu vaxta qədər birtəhər gəlib çatıblar, bundan sonrası üçün mütləq daha “ağıllı” idarəetmə yanaşmasına ehtiyac var. Bu kitabın da əsas vurğusu mütərəqqi idarəetmə alətləridir. Bir çox sahibkarlarımız və idarəçilərimizin bu kitabları oxuduğunu bilirəm. Ona görə də çalışıram ki, Azərbaycan bizneslərində idarəetmənin keyfiyyəti daha sürətlə təkmilləşsin. Çalışıram ki, idarəçilərimiz daha mütərəqqi idarəetmə ilə daha çox dəyər yarada bilsinlər. Bu, Azərbaycan iqtisadiyyatı üçün, ölkəmiz üçün çox önəmlidir.

Kitab 8 fəsildən ibarətdir.

1-ci fəsil “Dəyər yaratmaq işi” adlanır. Bu fəsildə idarəetmənin əslində dəyər yaratmaqdan ibarət olduğuna “işıq salınır”.

2-ci fəsil idarəetmənin şah mövzularından olan “Strateji İdarəetmə” haqqındadır. Fəsildə strateji idarəetmənin önəmi, necə fərq yaratdığı geniş şəkildə təsvir olunub. Bundan əlavə, planlama və strategiyanın icrası haqqında ətraflı danışılır.

3-cü fəsildə “Yaxşı idarəçi, pis idarəçi” başlığı altında doğru idarəçiliyin necə olmalı olduğu haqqında praktiki məlumatlar yer alır.

4-cü fəslin adı “Effektiv İdarəetmə”dir. Bu fəsildə daha effektiv idarəçiliyə nail olmaq üçün lazım olan şərtlər, addımlar, yanaşmalar əksini tapmışdır.

5-ci fəsil mənim hər zaman xüsusi diqqət ayırdığım “İş mühiti, işçilərin motivasiyası” haqqındadır.

“Fərqindəyikmi?” adlı 6-cı fəsildə idarəçinin bilməli olduğu, nəzərə almalı olduğu, fərqində olmalı olduğu məqamlardan söhbət açılır.

7-ci fəslin mövzusu “İdarəetmə trendləri”dir. Hər bir idarəçi zamanla ayaqlaşmaq üçün trendləri izləməli, öyrənməli, özünü yeniliklərə adaptasiya etməlidir.

Sonuncu fəsil olan 8-ci fəsildə isə “Biznes düşüncəsi” adı altında bəzi mövzularda biznes yanaşmaları təqdim olunur.

Kitabı SAT Group şirkətindən (+994554555645) və kitab mağazalarından (Ali&Nino, Libraff, kitabevim.az) əldə edə bilərsiniz.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu