Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Fevral 10, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Biznesdə hansısa təşəbbüsün əsaslandırılması

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Tez-tez menecerlər ya yuxarı rəhbərliyə, ya da sahibkarlara yeni ideyalarını, təşəbbüslərini təqdim edirlər. Təşəbbüslərin əksəriyyəti şirkətə fayda vəd etsə də, həm də şirkətdən/sahibkardan resurs istəyir. Buna görə də həmin təşəbbüs çox yaxşı şəkildə əsaslandırılmalıdır. Bu zaman nələrə diqqət yetirmək lazımdır?

 

  1. Bu ideya yerinə düşürmü? Şirkətin ehtiyacı varmı hazırda? Əsaslandırmaq lazımdır.

Bu təklif hardan çıxdı? Yeridirmi? Ən önəmli məsələlərdən biri irəli sürülən ideyanın, təşəbbüsün yerinə düşməsidir. Məsələn, bir çox hallarda yeni ideyalar şirkətin hansısa əskiyinin bağlanmasına yönəlir. Bu halda ehtiyac düzgün əsaslandırılmalıdır. Şirkət nədən əziyyət çəkir? Hansı problemimiz həll olunacaq?

  1. Konkretlik

İdeya və əsaslandırılması çox konkret olmalı və asan başa düşülməlidir. Rahat “həzm olunan” təqdimat olmalıdır ki, rəhbərlikdə əlavə suallar yaratmasın. Çox uzun-uzadı da olmamalıdır.

  1. Şirkətin strategiyası ilə əlaqələndirmək önəmlidir

Bu zaman hər şeyə sıfırdan başlamağa ehtiyac qalmayacaq. Şirkət böyük çək-çevirdən sonra strategiyasını təsdiq edib. Sənin ideyan da strategiyanı dəstəkləyirsə, həmin ideyanın keçmək şansı xeyli artır.

  1. Dünya trendləri ilə əlaqələndirmək

Yəni dünya bu istiqamətə gedir, biz getməsək geridə qalarıq.

  1. Araşdırma və analitika ilə bərkidilmiş olmalı.

Rəhbərlik görməlidir ki, ideya boş deyil. Hərtərəfli düşünülüb, təhlil olunub, hər bir şey nəzərə alınıb, rəqəmlərlə əsaslandırılıb və s. Önəmli məsələlərdən biri də proqnozlarda istifadə olunan təxminlərin (assumption) əsaslı olmasıdır. Rəhbərlik sual verəcək ki, bu təxminlər nəyə əsasən götürülüb?

 

  1. Təkcə müsbət tərəfləri göstərmək doğru deyil.

Bir çox hallarda ideya müəllifləri yalnız pozitiv məqamları qabartdıqları üçün, çox önəmlidir ki, təşəbbüsün mənfi cəhətlərini, risklərini, təhlükələrini də qeyd edəsən və onların həlli yolları üzrə fikirləri bildirəsən.

  1. Maliyyə cəhətdən və digər faydaların əsaslandırılması.

İdeyanın və ya təşəbbüsün həm maliyyə cəhətdən, həm də digər perspektivlərdən şirkətə dəyər qatdığı görünməlidir. Ola bilər birbaşa maliyyə gəliri yetərincə olmaya bilər. Əsas odur ki, şirkət ümumilikdə bu layihə ilə dəyər yarada bilsin – müştəri məmnuniyyəti, marka dəyəri, korporativ imic və s. baxımından.

  1. Ekspert fikri

İdeyanın real olması əsaslandırılmalıdır. Bu mənada rəhbəri əsas rahatladacaq amil ekspert fikri olar. Bu sahənin ekspertləri (subject-matter experts) nə deyir? Onlarla məsləhətləşilib?

  1. Alternativlərin göstərilməsi

İrəli sürülən ideyanı alternativlərlə müqayisə etmək məqsədəuyğundur. Çünki qəarvermənin əsas elementlərindən biri alternativləri dəyərləndirməkdir. “Heç nə etməmək” də bir alternativdir hər zaman, bunu da nəzərə almaq lazımdır.

  1. Başqa nümunələr, bençmarkinq

Nəyinsə ilk dəfə edilməsinə əksər rəhbərlər çox da meylli olmurlar, risk etmək istəmirlər. Başqa uğurlu nümunələri görürlərsə, ideyanın keçmə ehtimalı artır.

  1. “Aşağıların” dəstəyini almaq

Rəhbər ola bilsin layihəyə rəy vermək üçün hansısa şöbələrə və şəxslərə yönəldə bilər, fikirlərini soruşa bilər. Ona görə də əvvəldən həmin adamları məlumatlı saxlasan və müsbət reaksiyalarına nail olsan, rəhbər onlardan soruşanda daha yaxşı nəticə əldə oluna bilər.

  1. Pulun (və ya resursun) yerini göstərmək

Bu, hər zaman mümkün olmur, amma təklif olunan ideya üzrə tələb olunan resursların yerini də rəhbərə bildirsən, rəhbər rahatlanmış olar. Məsələn, onsuz da filan yer istifadə olunmur, onsuz da filankəsin bu işə sərf etməyə vaxtı var deyə əlavə işçiyə ehtiyac olmayacaq, onsuz da ucuz vəsait cəlb edə bilərik və s.

 

Digər yazılar

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Potensial, yoxsa təcrübə? Hansı daha vacibdir?

Etiketlər

#MarketingAIR #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness efficiency engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere Purpose sales satisfaction satış seo smm socialmedia Speed strategicHR StrategicManagement strategy struktur system transformation təşkilati values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu