Strategiya, strateji idarəetmə təkcə daha effektiv idarəetməyə keçid məsələsi deyil. Həm də düşüncə məsələsidir. Strateji düşüncənin olmaması biznesin müqəddəratına çox ciddi təsir edir.
Misal: Şirkət hər il 15-20% böyüyür. Düşünürük ki, hər şey yaxşıdır – hər il böyüyürük. Nəzərə almırıq ki, bizim olduğumuz bazar ildə 30% böyüyürmüş. Bu nə deməkdir? O deməkdir ki, biz əslində nisbi mənada kiçilirik. Bazar payımız hər il azalır.
Başqa bir misal: Bir də görürsən sahibkar çox zəhmətkeşdir, çox işləyir, amma prioritetləşdirmə yoxdur. Nə ilə gəldi məşğuldur. Təhlil edib baxırsan ki, düzgün prioritetləşdirmə etsə, 10-qat daha effektiv olar, 10-qat daha çox dəyər yaradar.