Peter Drucker-in “Şirkət mədəniyyəti strategiyanı səhər yeməyində yeyər” sitatını çoxumuz bilirik. Drucker onu nəzərdə tutur ki, ən yaxşı strategiyalar üçün belə adekvat mühit, korportaiv mədəniyyət olmalıdır. Əks halda mənası olmayacaq.
Bir dəfə idarəetmə təlimlərimizin birində bu haqda danışanda iştirakçılardan biri “bizim şirkətdə hətta onun üçün konkret otaq var” dedi. Yəni strategiyanın “yeyildiyi” otaq. 🙂
Siz nə düşünürsünüz bu haqda? Strategiyanın effektiv icrası üçün nə lazımdır?