Strategiya bizim bugünkü qərarlarımız, davranışlarımız, yanaşmalarımız, imtinalarımız və s. üçün istinad yeridir. Bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün.
Strategiya bizim bugünkü prioritetlərimizi, fokuslarımızı müəyyən edir daha çox.
Onsuz da sabah (gələcəkdə) biz strategiyaya yenidən baxacağıq.
Bu mənada o təsəvvürlər yanlışdır ki, guya strategiya uzunmüddətli (3-5 illik) plan üçün bizə lazımdır. Strategiya daha çox bu gün üçün lazımdır bizə.