Şirkətdə standartların və qaydaların yaradılması heç şübhəsiz sistemli idarəetmənin əsasını təşkil edir. Standartlaşmanın şirkətə bir çox faydaları var: Planlama və nəzarət asanlaşır, çaşğınlıq və xaos azalır, avtomatlaşma asanlaşır, proseslərin keyfiyyəti artır, səhvlər azalır, xərclər azalır və s.
Amma unutmamalıyıq ki, standartlar və qaydalar şirkətin yaxşılığı üçündür. Şirkətə pislik üçün deyil. İdarəçilər ayıq olmalıdırlar ki, standartlar və qaydalar şirkətə mənfi nəticələrə səbəb olmasın. Ona görə də həmin mənfi cəhətləri xatırlamaqda fayda var.
1. Çox standartlaşma bəzi hallarda işçilərin “robotlaşmasına” gətirib çıxarır. Bu halda yaradıcı yanaşma, təşəbbüskarlıq, kritik yanaşma arxa plana keçə bilər.
2. Sərt standartların və “dəmir qayda”ların qoyulması bəzən şirkətin elastikliyinə mane olur. Nəricədə rəqabət qabiliyyəti azala bilir.
3. Çox standart, qayda və prosedurların olması şirkətin reaksiya qabiliyyətini azalda bilir.
4. İşi maraqsızlaşdıra, işçiləri demotivə edə bilir.
5. Şirkətdə yersiz bürokratiya yarada bilir. Nəticədə sürət xeyli azalır.
6. Və s.
Bir daha vurğulayaq ki, standartlar və qaydalar məqsəd deyil, vasitədir/alətdir. Heç bir halda şirkətin effektivliyini və səmərəliliyini axsatmamalıdır.