İdarəetmədə sistem düşüncəsi o deməkdir ki, idarəetməyə sistemli (köklü) yanaşma olsun – bir bütün kimi. Sistem yanaşması olmayanda şirkətdə pərakəndə şəkildə nə qədər iş görülsə də, köklü problemlər qaldığı üçün istənilən nəticəyə nail olmaq xeyli çətinləşir.
Sistem düşüncəsinin əsas təminatçısı strateji idarəetmədir. Bu halda strategiya şirkətdə hər şeyi öz ətrafına cəm edir. Hər şey (sistemin bütün elementləri) strategiyadan irəli gəlir – hədəflər, proseslər, qaydalar, prosedurlar, büdcə, iş bölgüsü, struktur, fəaliyyət planı və s.
Sistem düşüncəsi stratej idarəetməni mümkün etdiyi kimi, strateji idarəetmə də effektiv idarəetməni təmin edir.