Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Bazar, May 3, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Şirkətdəki siyasətçilər

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Şirkətlərdə “ağıllı” siyasətçilər olur. Öz aləmlərində hamı ilə ehtiyatla davranırlar, bütün sözlərini, cümlələrini ehtiyatla seçirlər, gizli 55555planları, “şahmat” gedişləri olur və s. Onların öz inancları olur. Düşünürlər ki, indiki zəmanədə heç kimə etibar etmək olmaz, heç kimdən dost olmaz və s. 🙂

Əvvəlcə başa düşməyə çalışaq ki, niyə siyasətçi olmağa ehtiyac bilirlər?

1)Şirkətdəki ab-hava bunu “tələb edir”.

2)Özünə (savadına, işinə və s.) güvənməyən işçi özünü qorumağa çalışır.

 

Hər iki hal şirkəti uçuruma aparır. Yumruq kimi, səmimi şəkildə vahid hədəflərə doğru irəliləyən işçilər nədən hansısa “gizli plan”a, siyasətə ehtiyac duysun ki?

Böyük şirkətlər tanıyıram ki, şirkət sahibi səviyyəsində intriqalar stimullaşdırılır. Yəqin düşünürlər ki, intriqa olmasa, işçilər şirkətə qarşı birləşərlər və  ya özbaşınalıq olar. Sağlam korporativ mədəniyyət, dəyərlər formalaşdırmaq əvəzinə bunların elədiyinə baxın..  Belə şirkətlərdə intriqalara, siyasətə böyük meydan olur, tez-tez ən yüksək səviyyədə “məhkəmələr”qurulur ki, görək kim haqlıdır hansısa məsələdə.

Siyasətçiliyə, intriqalara, qeyri-səmimiliyə, yersiz eqolara meydan olan şirkətdə təbii ki, effektivlik, məhsuldarlıq çox az olacaq. Çünki  fokus başqadır, daha “vacib” düşüncələri, planları olur işçilərin.

Əgər ən yuxarı (şirkət sahibi, rəhbəri) səviyyədə bu intriqalar stimullaşdırılırsa və ya buna dözümlü yanaşırlarsa, ilk fürsətdə həmin şirkəti tərk etmək lazımdır.

Əgər siyasətçilik, intriqalar rəhbərlik səviyyəsində deyil, ayrı-ayrı işçilər səviyyəsindədirsə, 1) şirkət rəhbərliyi mütləq tədbir görməlidir bununla bağlı. 2) Sən isə açıq oynamalısan, siyasətçilərə qarşı onların tərzində davranmamalısan. Özünə güvənirsənsə, açıq oyna, mütləq qalib gələcəksən.

Əgər şirkətdə həmin xoşagəlməz hallara (siyasət, intriqa) meydan yoxdursa, həmin şirkətə buna görə hörmət etmək lazımdır.

 

Digər yazılar

Şirkəti şirkət edən 2 fərqli “dəyər” anlayışı

Şirkət öz oxu ətrafında fırlananda…

Düşüncənin mövcud kapasitə (capacity) ilə hüdudlanması…

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation value values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu