Təbii ki, işçiləri idarə edə bilmək, onların yüksək performansına nail ola bilmək çox önəmli xüsusiyyətdir rəhbər üçün. Amma şirkət idarəçiliyi təkcə bu deyil və çox çox genişdir.
Müşahidələrim onu göstərir ki, “idarəetmə” adı altında daha çox “işçiləri idarə etməkdən” danışılır və əsas vurğu buradır.
Şirkəti uğurla idarə edə bilmək üçün işçiləri idarə etmək bacarıqlarından əlavə:
– Biznes vizyonun, konseptual bacarıqların olmalıdır;
– Fərqli biznes funskiyalarının (maliyyə, marketinq, satış, HR, əməliyyat və s.) mahiyyətini yaxşı bilməlisən;
– İşçilərdən başqa, digər steykholderləri (müştərilər, tədarükçülər, təsisçilər, partnyorlar və s.) də idarə etməyi bacarmalısan
– Strateji idarəetməni bilməlisən;
– Idarəetmə sistemini, sistemi təkmilləşdirmək yollarını bilməlisən;
– Böhran idarə etmək bacarıqların olmalıdır və s.