Dünən bir sahibkarla şirkət dəyərlərini müzakirə edirik. Belə bir dialoq oldu:
O: Bu dəyər məsələsi mənə çox çatmır. Məsələn, nə ehtiyac var ki “Dürüstlük”ü dəyər kimi elan eləməyə? Onsuz da hamı bilir ki, dürüst olmaq lazımdır.
Mən: Yaxşı, bəs qeyri-dürüst davranışa nə qədər dözümlü yanaşırsınız? Həmin insan davam edirmi sonra sizin şirkətdə.
O: Bəli.
Mən: Deməli, “Dürüstlük” sizin şirkətdə bir dəyər kimi qəbul olunmur hələ. Dəyərlər sizin qırmızı xətlərinizi müəyyən edir. Şirkətin daxili mühitini, şirkət mədəniyyətini formalaşdırır. Bunun üçün dəyər məsələsində çox prinsipial, barışmaz olmaq lazımdır. Bu halda istədiyiniz iş mühitinə, korporativ mədəniyyətə nail olacaqsınız.
O: Aydın oldu.