Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə axşamı, Noyabr 5, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq

“Saxta” endirim olmayanda almırıq, amma söyürük

Dekabr 18, 2024
in Marketinq, Satış , CRM, Ümumi

Pərakəndəçilikdə qiymət endirimi hələ də ən populyar promosyon növüdür. 50%, 70%, 90% və s. endirimlər. Bir çox hallarda da söyürük ki, bizi aldadırlar.993522_10201310575505955_553390345_n - Copy

Keflərindən eləmirlər amma pərakəndəçilər. Təkcə rəqabətə görə də eləmirlər. Müştəri belə istəyir. Biz belə istəyirik.

 

Bir dəfə bu haqda yazmışdım. Tipik alıcı qeyri-rasionaldır. Həmişə qiyməti qaldırıb endirim edənləri kim qınayırsa, onları başa düşə bilmirəm. Sən özün onu istəyirsən axı. Sənə nəyisə 200 manata satmaq daha çətindir, nəinki 400 manata göstərib 100 manat endirim etməklə satmaq. Bununla müştəri emosional təskinlik verir özünə ki, daha da baha ola bilərdi.

 

Dünyanın ən məşhur pərakəndəçilərindən olan JCPenney şirkətinin timsalında bir nümunəyə baxaq. 2012-ci ilin əvvəlində şirkətin yeni CEO-su R. Johnson yeni qiymət strategiyasına keçir. Baxır ki, 2011-ci ildə şirkət 590 endirim aksiyası həyata keçirib. Bir müştəri orta hesabla 4 endirim aksiyasından yararlanıb. Johnson bunu elə qiymətləndirir ki, müştəri endirim aksiyalarının 99%-ni “ignore” edir (əhəmiyyət vermir). Qiymət strategiyasına dəyişiklik etmək olduqca radikal addım idi. Çünki şirkətin 2011-ci ildəki satışının 75%-i endirim aksiyalarında (ortalama 50% endirim aksiyasında) satılıb.

Burdan hərəkət edən Johnson hesab edir ki, orijinal qiymətlər ortalama 40% azaldılsa, bu, daha maraqlı olar müştərilərə, nəinki orijinal qiymətləri indiki kimi saxlayıb ortalama 50% endirim aksiyaları etmək. İl ərzində 590 yox, 12 endirim aksiyasının olması nəzərdə tutulur.

Bu strategiyaya fevralın 1-də start verilir. Bir ildən sonra nəticəsi: Satışda 5 milyard dollar azalma, mənfəətdə 1 milyard dollar azalma. Beləliklə, Johnsonun getməsi ilə nəticələnən bu strategiya pərakəndə sektorda son illərin ən çox müzakirə olunan, ən böyük uğursuzluqlarından (failure case) biri kimi yadda qalır.

Sonda qeyd edim ki, bloq postun adındakı “saxta” sözü endirimin həqiqi olmaması anlamına gəlməməlidir. Müştərini aldatmaqdan da söhbət getmir. Pricelist qiymətini yuxarı tutub davamlı olaraq böyük endirimlərlə satmaqdan gedir söhbət.

Digər yazılar

Bütün müştərilər eyni dərəcədə önəmli və dəyərli ola bilməz

Əmək haqqı və uzlaşma məsələsi

Qorxu altında idarəetmə effektiv ola bilməz

İşçiləri yaxşı tanımalıyıq, potensialını görməyi bacarmalıyıq

Hər doğrunu həmən etmək düzgün deyil

Sistemi qurub bitirmək olar?

Pozitiv Mediada “Business Chat” layihəsi çərçivəsində idarəetmədən danışdıq

Satış kanallarının konflikti – müdaxilə çox vaxt itki ilə nəticələnir

“Business partner” vəzifə deyil, düşüncə tərzidir

Valyuta.az saytına müsahibəm

Qərarsızlığın görünməyən xərci

Təqib (follow-up) mədəniyyəti

Böyük şirkətdən kiçik şirkətə keçəndə edilən böyük səhv odur ki, …

Detallara düşmədən strategiya işləmir

Şirkəti şirkət edən 2 fərqli “dəyər” anlayışı

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #MarketingAIR #MMF anarbayramov biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy system transformation value values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu