İşçinin şirkətə sadiq olması əlbəttə ki yaxşıdır. Amma bəzən sadiqlik məsələsi rəhbərləri tələyə salır: sadiqliyə ən vacib amil kimi baxdıqları üçün işçidən digər gözləntilərin önəmi azalır. Olan da şirkətə olur.. Bəzən qarşımızda sadiq, amma komfortlu, dəyişmək (müsbətə doğru) istəməyən kadrlar görürük. Problem burda olur..
Mənim fikrimcə, işçi şirkətdə 5-10 il deyil, 2-3 il qalsın, amma işlədiyi müddətdə işin haqqını versin. Bağlılıqları yüksək olsun, şirkət üçün can yandırsınlar. Rəhbərlik üçün sədaqət prioritet olanda digər amillər 2-ci plana düşür ən yaxşı halda. İşçilərin bağlılığına xüsusi önəm verilməlidir. Şirkətə bağlı işçilər həm də uzun müddət çalışacaqlarsa, super..