İdarəçiləri yanıldan məsələlərdən biri potensialdır. Bəzən biz əvvəlki (keçən ilki, keçən aykı və s.) nəticəmizlə müqayisədə artıma nail oluruq, bu nəticədən razı qalırıq, amma xəbərimiz olmur ki, potensial qat-qat daha çox imiş.
Misal üçün, bir satış təmsilçisi 100K manat satış potensialı olan ərazidə davamlı 90K-100K arası satış edir, düşünə bilərik ki, artım yoxdur, yerində sayır.. Digər tərəfdən, başqa ərazidə hər ay satışını artıran, 120K manata çatdıran satış təmsilçisinin nəticəsi bizi daha məmnun edir. Halbuki, o ərazidə potensial 200K imiş.
Bu duruma düşməmək üçün bazarın imkanları və potensial davamlı olaraq araşdırılmalıdır. Araşdırma və təhlillər hər bir idarəçi üçün vazkeçilməz olmalıdır.