Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Optimizm

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment
Əksər uğurlu idarəçiləri birləşdirən cəhətlərdən biri də onların optimist olmalarıdır. Optimizm idarəçiyə güc verir. Daxili optimizm sənə güc verir ki, problemlərin altında əzilməyəsən. Optimizm sənə imkan verir ki, biznesə marafon kimi baxa biləsən.
Eyni zamanda ehtiyatlı olmaq lazımdır ki, optimizm qərəzi sənə mane olmasın. Bəzən aşırı optimizmin təsiri altında qalaraq qeyri-real hədəflər qoyuruq, qeyri-real gözləntilərdə ola bilərik. Bütün hallarda reallıq hissini itirməməliyik.
Optimizm inanmaqdır, pozitiv yanaşmağa çalışmaqdır. İnanmadan çətin olur işləmək. Hər şeyin risk tərəfini düşünsək, problemli və qaranlıq tərəflərini düşünsək, işləmək çətin olar.
Optimizm sənin həyat eşqini artırar.
Optimizm sənin davamlı öyrənməyini təşviq edər.
Optimizm sənin yarış hissini artırar.
Optimizm səni gələcək haqda düşünməyə, qısamüddətli yanaşmadan çəkinməyə çağırar.
Optimist idarəçilər adətən pozitiv və enerjili olurlar, ətrafa da müsbət enerji yayırlar.
Optimist idarəçilər stres qarşısında daha dözümlü olurlar.
Optimist idarəçilər qaranlıq, problem axtarışında olmadıqları üçün insanlara inanmağa üstünlük verirlər ki, bu da bir çox hallarda müsbət nəticələrə gətirib çıxarır.
Bunların hamısını nəzərə alaraq ümumiləşdirə bilərik ki, yanaşma olaraq optimist olmalıyıq, eyni zamanda reallıq hissini itirməməliyik. Optimizm reallığın inkarı demək deyil.
Təkcə rəhbərliyin optimist olması kifayət etmir. Çalışmaq lazımdır ki, şirkətdə optimist, pozitiv bir mühit, ab-hava yaransın. Optimizm mühiti şirkətin effektivliyinə birbaşa müsbət təsir edir. Bacardığımız qədər neqativdən, pessiimizmdən qaçmalıyıq.
Problemlərə, dəyişə bilmədiklərimizə fokuslanmaqdansa, əlimizdə olanlara, fürsətlərə fokuslanmalıyıq.
Optimizm həyat tərzi olmalıdır. Optimizm şirkətin korporativ mədəniyyətinin tərkib hissəsi olmalıdır.
Optimizm şirkətin gizli aktividir.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu