Rəhbərin funksiyaları və görməli olduğu işlər var. Bura planlama, ünsiyyət qurmaq, deleqasiya, koordinasiya, istiqamət vermək, problem həll etmək və s. daxildir. İnanın ki, bura “müdirlik etmək” daxil deyil. Rahat olun, qardaşlar və bacılar.. Rəhbər olanda çevrilib başqa adam olmamalısan, hansısa “müdir” roluna girməməlisən. Özün olacaqsan, səmimi olacaqsan, insanları sevəcəksən, biznes üçün gərək olan doğru addımları atacaqsan, o qədər..