İşçilərin (heç olmasa menecerlərin) şirkətə qatqısını artırmaq istəyiriksə, ilk növbədə gərək onlar bu “qatqı”nın nədən ibarət olduğunu başa düşsünlər. Yəni biznesin əslində nə istədiyini, bu istəklərin reallaşmasında öz rollarını anlasınlar. Yəni biznesi başa düşsünlər – “biznesmen” baxışı formalaşsın onlarda. Biznesin mahiyyətini öyrətməliyik ilk növbədə.