Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İşə gecikəndə cərimə olmalıdır?

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Bu məsələ idarəetmədə ən çox dolaşan suallardan biridir. Bu barədə fikrimi bildirmək istəyirəm bu postda.15326286_10211411693467591_3785525092555556030_o

Əvvəlcə deyim ki, biznes “biz” məntiqini sevir, “mən” məntiqini yox. Belə bir deyim var, “Business is “we” thing, it is not “me” thing”. Yəni sən işçilərlə bir yerdə olmalısan bütün məsələlərdə, işçiyə qarşı tərəf kimi baxmaq olmaz. İşçini cərimələmək ona qarşı tərəf kimi baxmaq deməkdir. Şirkətdə “polis rejimi” yaratmaq deməkdir. Şirkətçiliyin fəlsəfəsinə ziddir bu.

İşçini cərimələyib necə demək olar ki, biz bir yerdə filan işi görəcəyik, biz bir yerdə filan uğurlara çatacağıq və s. Necə ola bilər bu?

İşçini cərimələyəndə sən artıq tam qarşı tərəf kimi aparırsan özünü. Qanun dili ilə, məcəllə dili ilə, kağız-kuğuz dili ilə normal iş mühiti yaratmaq olmaz. Bununla normal komanda yaratmaq olmaz. İşçi işə gecikəndə cərimələyirsənsə, mənəvi olaraq haqqın çatmır işçiyə deməyə ki, bu gün bir az çox işləməliyik, bütün gecəni işləməliyik və s. “Üzün” olmayacaq bunu deməyə.

Funniest-Excuses-for-Being-Late-to-Work

Elə bilməyin ki, mən işçinin işə gecikməsinə, az işləməsinə haqq qazandırıram. Qətiyyən. Sadəcə bunu nizamlamağın yolu cərimələmək deyil.

Elə bir mühit formalaşdırmaq lazımdır ki, işçilər anlasın gecikməyin şirkətə ziyanını. Bunun yolu ünsiyyətdir. İşçilərə izah olunmalıdır. Şirkətin strategiyası, vizyonu, dəyərləri, missiyası web saytda yazmaq üçün deyil. İşçilər şüurlu şəkildə dərk etməlidir ki, şirkət hara gedir, nə etmək istəyir, bunları etməkdə onun rolu nədir? İşçilər şüurlu şəkildə dərk etməlidir ki, bu missiyanı yerinə yetirməyin, bu işləri görməyin əhəmiyyəti nədir? Bu nəticələrə çatmaqla şirkət olaraq böyük iş görüldüyünü, hamının bu nəticələrdə payı olduğunu, həmin nəticələrin qürur mənbəyi olduğunu hamı dərk etsə, bunun arxasınca gedərlər. İşə daha tez gəlməyə can atarlar, daha çox işləmək üçün hər şey edərlər. Belə formalaşdırılır korporativ mədəniyyət. Beləcə formalaşdırılır arzuolunun, işləməli iş mühiti.

Elə mühit formalaşdırmalısan ki, hər kəs sənin şirkətində işləmək istəsin. Çox adamın arzusu olsun sənin şirkətində işləmək. Buna nail olmağın yolu işçini cərimələmək deyil. Ona sahib çıxmaq, həvəsləndirməklə şirkətin uğurlarına doğru meylləndirməkdir. Bir də işçilər aydın şəkildə anlamalıdılar ki, şirkətin inkişafı həm də onun inkişafı deməkdir. İşçinin maraqları ilə şirkətin maraqlarını tam uzlaşdırmaq lazımdır. Ona görə də karyera inkişaf planı, işəgötürmə prosesi, bonus sistemi, performans menecement sistemi – hamısı ardıcıl olmalı, şirkətin strategiyasından irəli gəlməlidir.

Yekun olaraq onu deyim ki, işçini cərimələməklə yalnız şirkətdən soyutmaq olar onları. Şirkəti səmimi olaraq sevməzlər o halda. Şirkəti sevməyən işçi başqalarına da sevdirə bilməz şirkəti. Bu qədər sadədir.

Tags: CorporateCulturemotivationorganizationalatmosphere

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu