HR funksiyasının effektivliyini başa düşmək üçün şirkət üçün nə qədər insan kapitalı yaradıldığına baxmaq lazımdır. İnsan kapitalının komponentləri: işçilərin biliyi, bacarığı, səriştəsi, şirkətə bağlılığı və motivasiyası, potensialı, şirkət dəyərlərinə uyğunluğu, performans səviyyəsi və s. Bu komponentlərin hər biri şirkətin strategiyasına münasibətdə (çəkili) qiymətləndirilir. Yəni bacarıqlar, performans və s. şirkət strategiyasına uyğun olmalıdır. Hansısa bacarığın çəkisi 5 ola bilər, hansınınsa 1, hansınınsa 0.