Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə, Noyabr 4, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İdarəetmədə innovasiya. Dekabr ayı necə oldu ki, 38 gün oldu?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

 

“İnnovasiya” deyəndə çox vaxt ağlımıza texnologiya, digital transformasiya, Elon Musk filan gəlir. Əslində isə İnnovasiya – biznesdə dəyər yaradan önəmli yeniliklərdir. Texnologiya ilə bağlı olmaya da bilər. Prosesdə yenilik, məhsulda yenilik, təşkilati yenilik, biznes modeldə yenilik və s. İnnovasiyada uğurlu olmaq şirkət mədəniyyəti ilə birbaşa bağlıdır.

Təcrübəmdən bir misal deyim. Bir dəfə noyabr ayının ortaları idi. Şirkətdə satışın tempi azalmışdı. Səbəbini araşdıranda aydın oldu ki, bütün bazar -müştərilər (topdançılar, marketlər), satış təmsilçiləri və s. – dekabr ayını gözləyirlər. Bir az müzakirə edəndən sonra özümüzə sual verdik ki, niyə dekabr ayını indidən (1 həftə öncədən) başlatmırıq ki? Elə bilək ki, dekabr ayı 31 gün deyil, 38 gündür. İşin içində olanlar bilirlər ki, bunu eləmək o qədər də asan deyil (maaşların/bonusların hesablanması, kampaniyaların sistem üzərindən tətbiqi, like-for-like analizlər və s.). Bütün çətinliklərə baxmayaraq qərar verdik və etdik. Nəticədə çox böyük satışa nail olduq. Bunu bazarda bizdən başqa heç kim etməmişdi. Dekabr ayı 1 həftə tez başladı – dekabrın kampaniyalarını, həyəcanını hamıdan tez bazara təklif etdik və böyük avantaj qazandıq. O qədər uğurlu oldu ki, hər il dekabr ayının 1 həftə tez başlamasına qərar verdik.

Bunu ona görə edə bildik ki, sistemin əsiri olmadıq. Bu, korporativ mədəniyyətdən irəli gəlirdi.  Komanda  olaraq ortaya iradə qoya bildik. Texniki və sistemsəl məsələləri biznesə uyğunlaşdırdıq. Həqiqətən də sistem, prosedurlar, qaydalar və s. biznesə xidmət etməlidir – biznesin yaxşılığı üçün olmalıdır, pisliyi (maneə) üçün yox.

Digər yazılar

Bütün müştərilər eyni dərəcədə önəmli və dəyərli ola bilməz

Əmək haqqı və uzlaşma məsələsi

Qorxu altında idarəetmə effektiv ola bilməz

İşçiləri yaxşı tanımalıyıq, potensialını görməyi bacarmalıyıq

Hər doğrunu həmən etmək düzgün deyil

Sistemi qurub bitirmək olar?

Pozitiv Mediada “Business Chat” layihəsi çərçivəsində idarəetmədən danışdıq

Satış kanallarının konflikti – müdaxilə çox vaxt itki ilə nəticələnir

“Business partner” vəzifə deyil, düşüncə tərzidir

Valyuta.az saytına müsahibəm

Qərarsızlığın görünməyən xərci

Təqib (follow-up) mədəniyyəti

Böyük şirkətdən kiçik şirkətə keçəndə edilən böyük səhv odur ki, …

Detallara düşmədən strategiya işləmir

Şirkəti şirkət edən 2 fərqli “dəyər” anlayışı

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #MarketingAIR #MMF anarbayramov biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy system transformation value values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu