Uzun müddət ərzində dayanıqlı və rəqabətli olmaq üçün bizneslər balanslı şəkildə böyüməlidir. Məşhur strateji idarəetmə aləti olan Balanced Scorecard yanaşmasının mahiyyəti də budur.
Yəni şirkətin həm maliyyə göstəriciləri, həm insan kapitalı, həm prosesləri, həm də satış-müştəri tərəfi davamlı və balanslı şəkildə inkişaf etməlidir. Əks halda şirkət elə dalana girir ki, ya çıxa bilmir, ya da çıxması çox baha başa gəlir.
Bunu nəzərə alaraq müasir performans idarəetməsində çalışırlar təmin etsinlər ki, şirkətin menecmenti 4 tərəfdən şirkət üçün dəyər yaratsın: maliyyə, müştəri, insan kapitalı, proseslər.