Biznesdə “şərti şumda kəsmək” çox vacibdir. Əvvəldən tərəflər bir-birindən gözləntiləri aydın şəkildə ortaya qoymalıdırlar. Əks halda qeyri-müəyyənlik qalır ki, bu da potensial münaqişələrə və narazılıqlara yol açır.
Şirkətdə işə başlayırsan, mütləq rəhbərlik ilə qarşılıqlı gözləntiləri açıq danış.
Şərikliyi başlayırsan, eyni qaydada..
Müştəri ilə münasibətlərdə də..
Tədarükçülərlə münasibətlərdə də..
Və çox vacibdir ki, vaxtaşırı olaraq gözləntilərin qarşılanıb-qarşılanmaması haqda geridönüş (feedback) alınsın. Sizi qane edirəmmi? Harda problem görürsünüz? Açıq danışıq müstəvisinə çəkmək lazımdır münasibətləri. Belə olmayanda tərəflərdən hansısa bundan sui-istifadə də edə bilər.