Şirkətin dəyər formulası (dəyər yaratma düsturu) onun strategiyasıdır. Yəni
- Şirkət hara fokuslansın?
- Dəyəri necə (hansı düsturla) yaratsın?
- Prioritetlər nə olsun?
- Xoşbəxtliyi harda axtarsın?
Dəyər formulasını müəyyənləşdirmək kifayət deyil. Şirkətin əməkdaşları bu formulanı başa düşməli, bu formula ilə “yaşamalıdır”. Şirkətin bütün qərarları da bu formula (strategiya) əsasında verilməlidir. Əsl strateji idarəetmə budur.