Qəlizlik idarəetmənin effektivliyinə mane olan əsas amillərdən biridir. Maksimum sadəlik olmalıdır. Nələr sadə olmalıdır bəs?
– Şirkətin strategiyası
– Biznes modeli
– Struktur
– Proseslər
– Qaydalar
– Qərarvermə mexanizmi və s.
Əks halda şirkətə hər tərəfdən ziyan gəlir. Qeyri-müəyyənlik və çaşqınlıq olur, rəqabətdə gerilik olur (məsələn, qərarlar gec veriləndə), xərclər artmış olur, israf olur, lənglik olur, qarışıqlıq olur və s.