Ünsiyyətdə, ümumiyyətlə idarəetmə prosesində pozitiv yanaşma çox vacibdir. Neqativlik yoluxucudur. Rəhbər hər şeyə neqativ yanaşanda bu, şirkətdəki ümumi ab-havanı korlayır. Bu mənada gərək şirkətin korporativ mədəniyyəti pozitivliyi təşviq etsin.
Biznesdə zaman-zaman problemlər olur. Bu problemlərin öhdəsindən gəlmək üçün ilk növbədə problemə yanaşmamız sağlam olmalıdır. Panika ilə yanaşmamalıyıq. Hansısa problem baş verəndə iş yoldaşlarımızın, tabeliyimizdəki işçilərin “gününü qara” etməməliyik. Günahkar axtarmamalıyıq. Sakit, rasional, pozitiv yanaşaraq birlikdə (komanda olaraq) problemi dəf etməliyik, eyni zamanda gələcək üçün baş vermiş problemlərdən dərs çıxarmalıyıq.
Sağlam düşünə bilmək üçün də pozitivlik kritik əhəmiyyət kəsb edir. Yalnız sağlam düşüncə ilə şirkətimiz üçün sağlam qərarlar verə bilərik. Odur ki, hashtag#pozitiv olaq.