Bütün müştərilər eyni qədər dəyərli/vacib ola bilməz…
Bütün işçilər eyni qədər dəyərli/vacib ola bilməz…
Bütün məhsullar eyni qədər dəyərli/vacib ola bilməz və s.
Hansı daha çox dəyər yaradırsa (və ya yarada bilərsə) o qədər diqqət/fokus haqq edir.
FƏRQLƏNDİRMƏK kritik dərəcədə əhəmiyyət kəsb edir.
Bəzən biz tam əksini edirik. Daha az diqqət haqq edənə daha çox diqqət yetiririk.. Bir dəfə “problemli uşaq” problemi haqda yazmışdım. Ailədə problemli (qüsurlu) uşağa daha çox diqqət yetirmək lazımdır. Biznesdə isə başqadır..
Biz vaxtımızın (resursumuzun) çoxunu zəif işləyən mağazaya (və ya müştəriyə, işçiyə, məshula və s.) sərf edəndə ümumi biznesimiz axsayır.