Şirkət rəhbəri olaraq dəfələrlə olub ki, işçiləri aşırı fədakarlığa səsləmişəm. Həmin dönəmlərdə komanda mümkünsüzü mümkün edib. Mənə inanıblar ki, buna ehtiyacı var şirkətin. Gecə-gündüz işləyiblər. Təbii ki, mən də komandaya izah etmişəm ki, bu ay filan səbəblərdən şirkətimiz üçün həlledicidir, qeyri-adi performans gözlənilir hamımızdan. Nəticəsini də görmüşük. Amma bundan sui-istifadə etmək olmaz. Mən hər ayın başında bu mesajı versəm, işçilər səmimi qəbul etməzlər. Aşırı fədakarlıq gözləntisini adiləşdirmək olmaz. Fədakarlığı hörmətdən salmaq olmaz. Elə etmək lazımdır ki, ehtiyac olanda yenə müraciət edə biləsən. Əks halda işçilər tükənəcəklər, bezəcəklər, şirkətdən soyuyacaqlar.