Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Data analizi bəzən işləri korlaya bilir

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Effektiv idarəetmə analitikasız mümkün deyil, təbii ki. Data, analitika çox böyük dəyər yaradır biznes üçün. Bununla belə, diqqətli olmaq lazımdır. Data analizi bəzən işləri korlaya bilir, düzəltmək əvəzinə. Bu hansı hallarda ola bilir?
1.   Bəzən “yaxşı” anlayışımız əslində o qədər də yaxşı olmur. Məsələn, data bizə göstərir ki, Sumqayıt şəhərində işləyən satış təmsilçisi 50,000 AZN ətrafında satış edir yaxşı aylarda. 55,000 AZN satış edəndə sevinirik. Amma başqa amilləri də nəzərə alsaq, daha dərindən təhlil etsək görərik ki, o ərazidə potensial 80,000 AZN imiş əslində. Bu nümunədə data analizi bizi nisbi nəticə ilə “rahatladıb”.
2.   Datanın adekvat olmaması, keyfiyyətsiz olması yanlış nəticələr çıxarmağımıza, yekunda yanlış qərarlar verməyimizlə nəticələnə bilər.
3.   Confirmation bias. Əvvəlki inanclarımızı doğruldan nələrsə tapırıq analizdə, digərlərini gözardı edirik.
4.   Optimistlik, aşırı özünəinam. Bu halda təxminlərimizi (assumptions) qeyri-real, çox optimist təyin edə bilərik.
5.   Analitik model çox qəlizləşdikcə reallıqdan uzaqlaşma riski yaranır.
6.   Keçmişin datası gələcəyi həmişə yaxşı göstərə bilməz.
7.   Diqqətin reallıqdan uzaqlaşıb dataya konsentrasiya olunması
8.   Səbəb-nəticə əlaqələrinin təhrif olunması. Məşhur bir misal var ki, Harvard Universitetinin məzunlarının ortalama sərvəti Harvard Universitetini yarımçıq buraxanların ortalama sərvətindən aşağıdır. Data bunu deyir. Burdan o nəticəni çıxarmaq olarmı ki, çox sərvət qazanmağın yolu Harvardı yarımçıq buraxmaqdır? Yox əlbəttə.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu