Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Çap olunacaq “Biznes idarəçiliyi – Anar Bayramov ilə” kitabı haqqında (www.facemark.az)

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

“Bu mənim ilk kitabım deyil. Bundan əvvəl 2011-ci ildə “Biznes və menecmentin əsasları”, 2015-ci ildə isə “Biznes nə istəyir?” kitablarım nəşr edilmişdi. Həmin kitablarda da biznesin idarə olunmasına xüsusi yer verilsə də, qərara aldım ki, sırf idarəçilikdən bəhs edən kitabımız olsun”.

Facemark.az-a bu sözləri “Azgranata” Dağıtım şirkətinin baş direktoru Anar Bayramov deyib.

Onun sözlərinə görə, yeni kitabda biznesin idarə olunması onun özünün baxış bucağından təqdim olunur:

“Kitab “Biznes idarəçiliyi – Anar Bayramov ilə” adlanır: “Adın bu cür seçilməsi onunla bağlıdır ki, biznesin idarə olunması mənim baxış bucağımdan təqdim olunur. Kitabda “idarəetmə” deyil, əsasən “idarəçilik” sözündən istifadə olunur. Bu, onunla bağlıdır ki, bir peşə, məslək adı olaraq “idarəçilik”i daha uyğun hesab edirəm. Amma bütün hallarda “idarəetmə” də doğrudur və o cür də istifadə oluna bilər. Kitabda idarəçilik təcrübəmdə rastlaşdığım, effektivliyinə inandığım idarəçilik texnikalarını, alətlərini sizinlə bölüşürəm”.

Anar Bayramov deyib ki, sonuncu fəsli onun bu kitabı yazmaq üçün əsas səbəbi olub:

“Kitab ümumilikdə 8 fəsildən ibarətdir. Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəçilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəçilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır. “Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəçidən nə tələb olunur?” suallarına cavab axtarılır.

3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdan bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılmasına sistemli yanaşma söhbət mövzusudur. 4-cü fəsil biznesin strategiyasının hazırlanması haqdadır.

Strategiyanın hazırlanma prosesi addım-addım göstərilir, Strategiyanın uğurlu olması üçün tələb olunan şərtlər praktiki misallarla izah olunur. 5-ci fəsildə isə performans menecment sisteminin tətbiqi, üstünlükləri, faydaları haqda ətraflı məlumat verilir, KPI-ların müəyyən olunması, satış planlaması haqda praktiki misallar göstərilir.

6-cı fəsil bütünlüklə ən aktual idarəçilik mövzularından olan “dəyişikliyin idarə olunması” haqdadır. Biznesdə ən radikal dəyişiklik aktı olan “Turnaround prosesi” ətraflı şəkildə təsvir olunur. 7-ci fəsil “Sistem, sistem, sistem!!!” adlanır. Biznesdə sistemin əhəmiyyəti, sistemli işləməyin biznesdə yaratdığı fərq əsas mövzudur. 8-ci fəsil bu kitabı yazmağım üçün əsas səbəbimdir”.

Biznemen bildirib ki, kitabın 8-ci, sonuncu, “Biznesdə sistemin əhəmiyyəti, sistemli işləməyin biznesdə yaratdığı fərq” fəslində “Azgranata” şirkətində komanda ilə yaşadığı həyəcan və uğurları oxuculara ötürülüb:

“Bir il əvvəl “Azgranata” şirkətinə yenidən dəvət olunmağımdan sonra etdiklərimizi az qala “gündəlik təqvim” kimi təsvir etmişəm. Komandamızla yaşadığımız həyəcanı, uğurları oxuculara da ötürməyə çalışmışam.

Real təcrübəni paylaşmışam. Yüzlərlə işçimiz şahiddir. Təcrübəmiz kimlərəsə faydalı olacaqsa, böyük fəxr olar bizim üçün. Yazmasam olmaz, şirkətə yenidən dəvət olunandan sonra özümə söz vermişdim ki, bu çətin hədəflərin öhdəsindən gəlib bu haqda kitab yazmalıyam. Həmin kitabı sizlərə təqdim etməyimdən çox şadam”.

Müəllif xatırladıb ki, kitab biznesdə çalışan menecerlər, sahibkarlar, bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Qeyd edək ki, Anar Bayramov 1985-ci ildə İsmayıllıda anadan olub. İqtisad Universitetini (XİQ) bakalavr və magistr üzrə bitirib. 10 ildən çox top menecment təcrübəsi var. Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışıb.

2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olub. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləyib. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktoru kimi çalışıb. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.

Müəllif eyni zamanda satış, marketinq, idarəçilik üzrə ixtisaslaşmış təlim və konsaltinq şirkəti-“SAT Group”un həmtəsisçisidir.

Anar Bayramov biznes idarəçisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA proqramında menecment tədrisi ilə məşğul olub.

Praktiki marketinq təlimləri olan “Marketinq AİR”in, Azərbaycanda hər il keçirilən “Milli Marketinq Forumu”nun, “SAT Forum”un təsisçilərindən biridir.

 

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu