Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq

Biznes “Satmaq” demək deyil ki?

Dekabr 18, 2024
in Marketinq, Satış , CRM, Ümumi

Keçən həftə Qubada keçirdiyimiz Marketinq düşərgəsində Satış haqda Imagemüzakirəmiz var idi. Çox maraqlı müzakirələr getdi. Əksəriyyət məsələyə çox radikal yanaşmamı iddia edirdi. Əslində nə deyirdim?

  1. Biznes fəaliyyəti elə satış fəaliyyətidir. Kim bunun əksini iddia edir ki? Bizneslər son məqsədləri olan mənfəəti satmaqla reallaşdırmırmı əsasən? Bizneslərin böyüməsi elə satışın (bazar payının) artmasıdır. Satış biznesdə həlledici olmaqla yanaşı, həm də ən çətin fəaliyyətdir.

2. Biznesdə əsas fəaliyyət satışdır, qalanlar yardımçıdır. Bu fikri səsləndirəndə marketerlərin mənə “hücum”unu təsəvvür etmək çətin deyil hər halda. İddia edirlər ki, guya satış marketinqin bir hissəsi imiş. Marketinqin satışı artırmaq üçün meydana gəlməsini unudublar.

3.Rəhbərin əsas işi satış olmalıdır. Biznesin əsas işinin satış olmasına inanırıqsa, bu tezisin isbatına ehtiyac qalmır. Rəhbər daha çox fikrini biznesin əsas fəaliyyətinə (satışa) yönəltməlidir. Burda mən köklü yanaşıram məsələyə. Müştəri ilə birbaşa kontaktda olmağı nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, rəhbərin görəcəyi işlər satışın artırılmasına yönəlik olmalıdır.

4. Məhsulu deyil, şirkəti “satmaq” lazımdır. Burda onu nəzərdə tuturam ki, satışda əsas məqsəd müştəriyə nəsə “sırımaq” yox, şirkətin peşəkar üzünü göstərmək olmalıdır. Uzunmüddətli yanaşma olmalıdır. Bu amil gələcək satışlara yol açacaq.

Image

5. Həllər (solution) satmaq “zəmanəsidir”. Müştərinin məqsədi sənin məhsulunu almaq yox, ehtiyacının ödənilməsidir. Buna görə də, “Solution” (həllər) bugünki biznesin əsas trendidir. Yəni, müştəriyə divan satmaq lazım deyil, ona rahat oturmaq ehtiyacını ödəmək üçün həll satmaq lazımdır.

6. Təqdimat bacarığı hər şey deyil (vacib olsa da). Əgər sənin “adam arasına çıxarmağa” bir şeyin (həllin, məhsulun, şirkətin və s.) yoxdursa, təqdimaq bacarığının nə qədər yüksək olması ikinci dərəcəlidir və az mənalıdır.

7. Öz müştərinə sat. Satışda hamıya satmaq iddiası qədər axmaq iddia yoxdur. Ciddi olmaq lazımdır. Öz müştərini tanı, ona sat. Bəhanə axtaran müştəriyə vaxtını sərf etmə.

8. Tipik alıcı emosionaldır. Həmişə qiyməti qaldırıb endirim edənləri kim qınayırsa, onları başa düşə bilmirəm. Sən özün onu istəyirsən axı. Sənə nəyisə 200 manata satmaq daha çətindir, nəinki 400 manata göstərib 100 manat endirim etməklə satmaq. Bununla müştəri emosional təskinlik verir özünə ki, daha da baha ola bilərdi.

9. Biznes kontaktlarının qədrini bil. Biznes kontaktlarının dəyərini bilmək lazımdır. Səninlə görüşmək istəyənə rədd cavabı verməyə tələsmə. Bəlkə onu müştərin edə bilərsən… O sənə satmağa gəldiyində sən ona sat, bacarsan.

10. Müştəri həmişə haqlıdır? Yoxdur belə bir şey. Yersiz pafosdur. Real baxmaq lazımdır biznesə. Öz müştərini tanımalısan.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu