Müşahidələrim onu göstərir ki, bizim bazardakı bir çox idarəçilərin ən böyük problemləri biznesi yetərincə bilməmələri, başa düşməmələridir. Biznesin mahiyyətini bilmədən effektiv idarəçilikdən söhbət gedə bilməz. Hansı biznes funksiyası (maliyyə, marketinq, satış, HR və s.) üzrə menecer olmağından asılı olmayaraq bütün biznes funksiyalarının mahiyyətini, əsas prinsiplərini bilmək lazımdır. Öyrənmək lazımdır ki,
- Biznes necə dəyər yaradır, necə pul qazanır?
- Biznesin vizyonu və strategiyası nədir?
- Maliyyə hesabatları bizə şirkət haqqında nə deyir?
- Biznesin zərərsizlik nöqtəsi hansı satış miqdarı və məbləğidir?
- Marketinqin şirkətdə rolu nədir?
- Biznesin istehsal və satış gücü
- Biznesin əsas satış drayverləri hansılardır?
- HR funksiyası şirkətdə necə dəyər yaradır (yaratmalıdır) və s.