Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq Digər məqalələr

AIR 10 on AIR

Dekabr 18, 2024
in Digər məqalələr, Marketinq, Ümumi

Bəli, Marketinq AİR artıq 10-cu dəfə keçiriləcək.16707671_1810662975925367_3630523422033602380_o - Copy

Marketinq AİR ən populyar, sistemli, ardıcıl, uzunmüddətli, praktiki, güclü yerli təlimimizdir.

Marketing AİR artıq bir icmadır. Böyük gücdür. Ölkədəki böyük marketinq təşəbbüslərinin 90%-i Marketinq AİRçilərə aiddir. Milli Marketinq Forumu, Digital Marketing Conference, Satış Forumu, marketerlərin dövrü toplantıları, Digital AİR təlimləri – hamısı Marketing AİRçilərin əməyi sayəsində ortaya çıxır. Hətta Milli İnsan Resurslarını Forumunu da AİRçilər edirlər. Onsuz da Marketinq AİR heç vaxt təkcə marketinqlə məhdudlaşmayıb. Marketinq ağırlıqlı olsa da, kompleks, köklü, vizyonar yanaşma ilə seçilir Marketing AİR. Biznesin idarə olunması, biznes strategiyası, satışla marketinqin əlaqələndirilməsi Marketing AİR təlimlərinin ayrılmaz hissələridir.

Marketing AİR brendinin dəyəri durmadan sürətlə artır. Bu gün əksər şirkət rəhbərləri üçün, HR direktorlar üçün Marketing AİR brendi ciddi bir göstəricidir.

16602449_10212173955563667_475016099574566676_o

Marketing AİR-in gücü nədədir? Hardan alır gücü?

Birincisi, Marketing AİR ilk gündən bir IDEOLOGIYA, FƏLSƏFƏ əsasında ortaya çıxdı. “Biz paylaşırıq” deyib yola çıxdıq və bu prinsiplərə tam mənada sadiqlik göstərmişik. Bizim missiyamız paylaşma mühiti formalaşdırmaqdır. Öyrətmək deyil. Paylaşmaqla qarşılıqlı öyrənməkdir. AİRçilərin təlimləri (Marketing AİR, Digital AİR və s.), kitabları, forumları, digər tədbirlər, digər təlimlərimiz, universitetlərdəki fəaliyyətimiz, bloqlarımız, bloqçuluğun təşviqi, ölkənin ən böyük marketinq portalı olan Facemark.az, Facemark.tv, Marketing Azerbaijan Facebook qrupundakı demokratik mühit – hamısı paylaşma mədəniyyətindən, missiyamızdan irəli gəlir.

Bu gün AİRçilər forumlar təşkil edir, çox faydalı kitablar yazırlar.

Bir də Marketing AİR günü-gündən böyüyür. Marketing AİR məzunları 2-ci ildir ki, Digital AİR təlimləri keçirirlər. Digital AİR ümumi Marketinq AİR-in digital marketing üzrə ixtisaslaşmış istiqamətidir, məzunlarımız Aysel Cəbrayılova və Pərviz Əzimov tərəfindən keçirilir. Bu ilin sonuna yaxın Marketinq AİR-in daha bir istiqamət üzrə ixtisaslaşmış qolu fəaliyyətə başlayacaq.

İkincisi, ARDICILLIQ çox önəmlidir uğurda. 5 ildir ki, Marketing AİR aktualdır və yalnız artım, inkişaf istiqamətində hərəkət edir. Heç gördünüzmü Marketing AİR-in geri çəkilməyini, yavaşlamasını? Ətrafda nə qədər dəyişikliklər baş verir, böhranlar, təlatümlər – Marketing AİR bir an belə tərəddüd etmədən doğru bildiyi faydalı fəaliyyətini artan xətlə davam etdirir.

Üçüncüsü, FAYDALI OLMAQ HISSI. Faydalı işlərlə məşğul olanlar bu hissin nə olduğunu bilirlər. AİRçilər faydalı bildiyi işləri məhdud vaxtda, yüksək keyfiyyətlə edirlər. Çünki Sevgi var. Bir ideologiya var işdə.

Dördüncüsü, DAVAMLI UĞURLAR bizi ruhlandırır. Xoşbəxtlikdən işlərimiz uğurlu alınır. Məzunlarımızın uğurları, Marketinq AİR brendinin biznes cameəsi tərəfindən “tanınma”sının günü-gündən artması hər gün motivasiyamızı artırır. Bir çox şirkət rəhbərləri, HR menecerlər onlara güclü marketoloq lazım olan kimi AİRçilərlə əlaqə saxlayırlar.

Beşincisi, RESURSLARIMIZ ARTIR ədədi silsilə ilə. İnsan resurslarının rolunu heç kim dana bilməz. Zaman keçdikcə AİRçilərin sayı çoxalır. Bu da hər gün daha böyük güc deməkdir, daha böyük şəbəkə deməkdir.

Altıncısı, PRAKTİKİLİK Marketinq AİR-in ana prinsiplərindən biridir. Bizim bütün təlimlərimiz real praktikanın əsasında qurulur. Etdiyimiz işlərdən, öz layihələrimzdən, təcrübəmizdən danışırıq. Qonaq təliçilərimiz də, təlim iştirakçıları da öz praktikalarını bölüşürlər. Praktikilik həm də ona görə önəmlidir ki, yerli keysləri, Azərbaycan reallığında bizneslərin necə işləməsini, necə uğurlu və uğursuz olmağın mümkünlüyünü görmək olur.

Yeddincisi, MÜHİTƏ UYĞUNLAŞMAQ. Yaxşı anlayırıq ki, uzun müddət sağ qala bilmək üçün dəyişmək lazımdır. Marketing AIR-in keyfiyyətini artırmaq istiqamətində işlərimiz bir an belə dayanmır. Bunu əvvəlki AİRçilər də çox yaxşı hiss edirlər.

Marketing AİR böyüdükcə idarəetmənin də daha sistemli hala gətirilməsinə ehtiyac duyduq. Bu mənada keçən ildən SAT GROUP şirkəti ilə strateji müttəfiqlik razılaşması əldə etmişik. Təlimlərin təşkilati işlərini SAT GROUP şirkəti həyata keçirir.

Marketinq AİR 10 – martın 1-dən start götürəcək. 2 ay ərzində 20 təlimdən ibarət olacaqır. Amma Marketing AİR qətiyyən bu 20 təlimlə bitmir. AİRçilik ömürlük davam edir. 🙂 Qeydiyyat üçün bu linkdən istifadə edə bilərsiniz. Görüşərik! 🙂

 

Tags: #MarketingAIR

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu