26-27 may tarixlərində ölkəmizin biznes həyatında ən əhəmiyyətli tədbirlərdən olan Milli Marketinq Forumu keçirildi.Artıq 3-cü dəfə idi keçirilirdi. Forumun yeganə missiyası milli biznesin, marketinqin inkişafıdır. Gözləntilər də 3 dəfə artmışdı. Ona görə də daha keyfiyyətli etmək üçün daha çox hazırlaşmaq lazım gəlmişdi.
Forum haqda qeydləri, fikirləri oxuyanda o nəticəyə gəlmək olur ki, 3-cü forum da əvvəlkilərdən fərqlənməklə olduqca uğurlu alınıb. Bu yazıda bu dəfəki forumda xüsusi əhəmiyyətli hesab etdiyim bəzi məsələləri qeyd etmək istəyirəm.

- Bu dəfəki forum MMF brendinin həqiqi mənada özünütəsdiqi oldu. Bu forumla MMF-in əhəmiyyəti, dəyərləri, rolu daha aydın şəkildə ifadə olundu.
- Builki forumda böyük şirkətlər daha maraqlı idilər forumun işində iştirak etməyə. Bu, forumun uğurudur.
- Açılış çıxışımda dediyim kimi, Milli Marketinq Forumu ölkənin marketinq trendlərinin və marketinqin inkişafının güzgüsünə çevrilib. Ölkədə marketinqin hansı səviyyədə olmasını forumun əvvəlki illərdəki forumlarla müqayisə etməklə görmək olur.
- Bir daha əmin olduq ki, MMF-in əsas üstünlüklərindən biri orda olan səmimi mühitdir, yüksək səviyyəli atmosferdir. Hər kəs özünü çox yaxşı hiss edirdi.
- Əmin olduq ki, necə olursa olsun MMF-i qorumaq və hər il keçirmək lazımdır.
Bütün bunlara görə Milli Marketinq Forumunun uğuruna qatqısı olan hər kəsi – iştirakçıları, spikerləri, moderatorları, sponsorlar və dəstəkçi şirkətləri, təşkilatçıları və s. – təbrik edirəm!
Aşağıda forum haqda yazılmış başqa bloq postların linklərini əlavə edirəm. Hər birini oxumaqda fayda var.
- http://www.ilkinmanafov.com/2015/05/milli-marketinq-forumu-r%C9%99smi-hesabat/
- http://samirkarimov.com/2015/05/28/milli-marketinq-forumu-2015-olimp%C9%99-dogru/
- http://ilhamaliyusif.com/2015/05/28/qoy-hemise-forum-olsun/
- http://samirkarimov.com/2015/05/26/milli-marketinq-forumu-gun-1/
- http://samirkarimov.com/2015/05/27/milli-marketinq-forumu-2015-gun2-panell%C9%99r-bar%C9%99d%C9%99-fikirl%C9%99rim/
- http://agaev.az/?p=1526&lang=ru
- http://orkhanrza.com/mmf2015-3cu-marketinq-forumuna-bir-qus/
- http://www.myvideo.az/?video_id=2003751