Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq Digər məqalələr

Marketing AIR təkcə təlim deyil

Dekabr 18, 2024
in Digər məqalələr, Marketinq, Ümumi

Keçən 3 ildə çox yazılıb Marketing AİR haqda. Mən isə ilk dəfədir yazıram.

Bildiyiniz kimi, Marketing AİR ilk praktiki sistemli marketinq təlimidir. 3 il əvvəl “paylaşırıq” (we share) deyib yola çıxdıq.

Oktyabrın 1-dən artıq 7-ci dəfə keçiriləcək Marketing AİR təlimləri. Marketing AİR-i yalnızca “təlim” adlandırmaq da böyük insafsızlıq olar. Aşağıda göstərməyə çalışıram ki, nəyə görə bir təlimdən çox-çox artıqdır Marketing AİR.

3 il bundan əvvəl İlkin və Rafiqlə birlikdə ilk Marketing AİR-ə başlayarkən bu işdə ardıcıl olmağın çox önəmli olmasını danışırdıq. Həmin ardıcıllığın göstəricisidir ki, artıq 7-ci dəfə Marketing AİR başlayır. 

Marketinq təlimi deyiləndə ilk olaraq yada Marketing AİR düşür.

Bu gün bir çox şirkətlərə marketoloq, marketinqlə bağlı mütəxəssislər lazım olanda ilk olaraq Marketing AİR-ə müraciət edirlər.

Bunları görəndə, Marketing AİR brendinin gücünü görəndə aydın olur ki, Marketing AİR brendin necə yaradılmasından danışmaqla işini bitmiş hesab etməyib bu 3 ildə. Ortada yaradılmış brend var – sözün həqiqi mənasında rasional elementlərlə zəngin “Marketing AİR” brendi.

Bir az da dərinə gedək. Nədir Marketing AİR-i fərqli edən, bir təlimdən daha böyük edən?

859_146715389038021_6712876191285379697_n

Marketing AİR 300-dən çox məzun üçün networking platformasıdır bu gün. Marketing AİR məzunları birlikdə iş qururlar, yeni təlim mərkəzləri yaradırlar, yeni təşəbbüslərlə çıxış edirlər.

Marketing AİR-in tez-tez özünün daxili networking tədbirləri olur.

Marketing AİR öz sloqanına, bəyan etdiyi prinsiplərə sadiq qalaraq paylaşmaq fəlsəfəsinin, bildiyini paylaşmaq ideologiyasının təbliğatçısıdır illərdir. Marketing AİR-in başlatdığı kampaniya nəticəsində onlarla yeni biznes bloqçular meydana gəldi. Yeni təlimlər ortaya çıxdı. Yeni marketinq tədbirləri, forumlar, konfranslar, verilişlər ortaya çıxdı.

10000-dən çox üzvü olan Marketing Azerbaijan qrupunun bütün tədbirlərinin əsas lokomotivi (40-50 %-i) olur Marketing AİR məzunları. Bununla da məhdudlaşmır. 2013-cü ildən başlayaraq keçirdiyimiz Milli Marketing Forumunun təşkilatçı komandasının əsasını Marketing AİR məzunları təşkil edir. İnternet Marketing TV olan FMR TV də Marketing AİR məzunlarının iştirakı ilə meydana çıxır.

Ölkənin ən populyar marketing portalı hesab olunan Facemark.az da bu gün Marketing AİR məzunlarının səyləri ilə daha böyük addımlarla irəliləyir.

Marketing AİR məzunları özləri Digital Marketing Forumu (Konfransı) təşkil edirlər bu günlərdə. Özlərində bu gücü görürlər. Çünki Makreting AİR məzunu özünü tək hiss etmir, Marketing AİR-in gücünü öz gücü hesab edir.

 

Tags: #MarketingAIR

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu