Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Kimisə işdən çıxarmaq çətindirmi? İşdən çıxarma ilə bağlı fikirlərim

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Nə qədər arzulamasaq da, bu işin (idarəçiliyin) içində kimisə işdən çıxarmaqlar da var. Bir çox idarəçilərin çətinlik çəkdikləri mövzudur bu – işdən çıxarma prosesini yaxşı idarə etmək lazımdır. İşdən çıxarma ilə bağlı bəzi fikirlərimi tezislər şəklində bölüşürəm.

  1. Rəhbərlik işçini çıxaracağını qətiləşdirən kimi işçiyə bildirməlidir. Bəzən rəhbərlik qərar versə də, bunu işçiyə deməyi ən son ana saxlayır, bu yanlışdır. İşçiyə vaxtında demək lazımdır ki, o da işini bilsin.
  2. İşdən çıxarılma səbəbləri səmimi şəkildə danışılmalıdır. İşdən ayrılan hər kəslə qarşılıqlı hörmətin qorunmasında maraqlı olmalıdır şirkətin rəhbərliyi.
  3. İşdən çıxarılan işçi ilə şirkət arasında hər hansı səbəbdən inciklik yaranıbsa, işdən çıxarılma qərarı bildiriləndən sonra çalışmaq lazımdır həmin işçi şirkətdən uzaqlaşsın. Əks halda həmin işçinin bir müddət şirkətdə qalması mühitin korlanmasına səbəb olur çox vaxt.
  4. İşdən çıxan işçilərlə çıxış intervüsü (exit interview) mütləq edilməlidir. O şəxslərdən adətən çox önəmli feedback gəlir.
  5. İşdən çıxan işçiyə uğur arzulamaqla yanaşı çalışmaq lazımdır ki, hansısa şəkildə emosional bağ qorunsun. Çalışmaq lazımdır ki, körpülər yanmasın. Bəzi dünya şirkətləri işin bu tərəfinin üzərində ciddi işləyirlər, məzun statusu verirlər həmin işçiyə. Həmin status o işçiyə müəyyən imtiyazlar verir.
  6. Kiminlə işləmək istəmiriksə, bunu səmimi şəkildə dilə gətirək. Fakt və sübut axtarmaq şirkətə ziyanlıdır. Bəzən olur ki, elə mahir “siyasətçi”lər olur ki, onların şirkətə ziyan vurduğu heç kimdə (və ya çox adamda) şübhə doğurmur, amma “əllə tutulan” faktlar qoymurlar. Bu şəxslərlə yolları ayırmaq üçün çox gözləməyə ehtiyac yoxdur. Səmimi və açıq şəkildə söhbət etmək lazımdır ki, biz sizinlə işləmək istəmirik. Əks halda etimadsızlıq mühiti olur ki, o şəraitdə əməkdaşlığı davam etdirmək heç kimə xeyir gətirməz.
  7. Kimisə işdən çıxaranda əmin olmaq lazımdır ki, başqa çarə yoxdur. Başqa çarə dedikdə işçinin öyrənməsi, zaman tanınması, uyğunlaşması və s. nəzərdə tuturam. Çünki işçini işdən çıxarmaq ən asan yoldur – bunu o zaman etməliyik ki, başqa çarəmiz yoxdur.
  8. İşçini alçaltmaq, şəxsiyyətinə toxunmaq olmaz qətiyyən. Ola bilər o işçi sizə uyğun deyil, amma başqa yerə uyğun ola bilər. Hətta başqa şirkətə uyğun olmazsa belə bunun işçinin insanlığına aidiyyəti yoxdur. Biz hamıya əvvəlcə insan kimi hörmət etməliyik. Onun işçi olması sonrakı məsələdir.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu