Bizneslərə fəlakət gətirən əsas səbəblərdən biri həqiqəti görməzdən gəlməkdir. Hamımızda az da olsa qərəz var – optimizm qərəzi, sevgi qərəzi (biznesimizi çox sevdiyimizdən qüsurları qəbul etməmək) və s. Çalışmaq lazımdır ki, bu qərəzlər və görməzdən gəlmələr təhlükəli həddə olmasın. Həqiqətin gözünün içinə baxmağı bacarmalıyıq.
Bir az uğurumuz olanda ümumiyyətlə gözümüz kor olur. Hansı ki, uğurun kölgəsində qalan həmin problemlər/qüsurlar şirkəti içəridən “yeyir”. Uğurluyuqsa, hər şeyimiz doğrudur deyə bir şey yoxdur.