İdarəetmə dəyər yaratmaq işidirsə, bu dəyərin ölçülməsi də vacibdir.
Çünki ölçmədiyimizi yaxşılaşdıra bilmərik.
Və yaxşılaşdırmaq istədiyimiz hər şeyi mütləq ölçməliyik.
Son dövrlərdə qabaqcıl şirkətlər Value Metrics yanaşmasına üstünlük verirlər.
Yəni verilən qərarların, yeniliklərin, təşəbbüslərin şirkətə qatdığı real dəyər ölçülür.
Ənənəvi göstəricilər yerini dəyər əsaslı nəticələrə verir.
Artıq “dəyər dili” ilə danışmaq zamanıdır.
“20 yeni müştəri tapdıq” yox, “Bu müştərilərlə 6 aylıq orta satış əvvəlkilərdən 30% çox oldu.” kimi..
“Məhsul portfelinə 2 yeni məhsul əlavə etdik” yox, “Yeni məhsullar sayəsində müştəri başına gəlir 12% artdı.” kimi.. Və s.
Sual dəyişib: “Nə etdik?” yox, “Nə qazandırdıq?”